Xəbərlər

  • 3 722

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş lent ilə qrup hərəkətlərində gümüş medal qazanıb

image

Azərbaycan komandası bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində beş lent ilə qrup hərəkətlərində 18.350 bal toplayaraq gümüş medal qazanıb.

Gümüş medalı Belarus komandası (20.450 bal), bürünc medalı isə İtaliya komandası (17.050 bal) qazanıblar.
Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.
Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.
Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

yap.org.az

Digər xəbərlər