Xəbərlər

  • 4 619

“Mançester Siti” çempionluğun bir addımlığındadır

image


İngiltərə Premyer Liqasında 37-ci turun oyunları başa çatıb.SİA-nın məlumatına görə, turun son oyununda çempionluğa oynayan “Mançester Siti” “Lester”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qonaq komandanın qapısından yeganə topu oyunun 70-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Vinsent Kompani keçirib.Bu oyundan sonra “Mançester Siti” xallarının sayını 95-ə çatdırıb və yenidən turnir cədvəlinin ilk sırasına yüksəlib. Sona bir tur qalmış o, ən yaxın izləyicisi “Liverpul”u 1 xal qabaqlayır. “Lester” isə 51 xalla 9-cu sıradakı mövqeyində qalıb.

sia.az

Digər xəbərlər