Xəbərlər

  • 4 987

"Fənərbaxça"dan ardıcıl üçüncü qələbə

image

Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.

SİA-nın məlumatına görə, turun son oyun günündə iki matç keçirilib. "Fənərbaxça" səfərdə "Ərzurumspor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. “Fənərbaxça”nın yeganə qoluna 59-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən Moses imza atıb. Bununla da, İstanbul klubu ardıcıl üçüncü qələbəsini qazanıb.Digər oyunda "Ankaragücü" doğma meydanda "Sivasspor"u məğlub edib - 3:1. “Ankaragc”nn qollarını 24-cü dəqiqədə Saçko, 34-cü dəqiqədə Boyd və 50-ci dəqiqədə Kanteros vurublar. “Sivasspor”un gücü 61-ci dəqiqədə Brazın vurduğu təsəlli qoluna çatıb – 3:1.Qeyd edək ki, 33 turdan sonra "Fənərbaxça" 43 xalla 8-ci, "Ankaragücü" 40 xalla 12-ci, "Sivasspor" 38 xalla 14-cü, "Ərzurumspor" 32 xalla 17-cidir. Çempionluğu rəsmiləşdirən "Qalatasaray"ın 69, ikinci olan "Başakşəhər" 66, üçüncü pillədə yer alan "Beşiktaş"ın isə 62 xalı var.

sia.az

Digər xəbərlər