Xəbərlər

  • 4 694

“Fənərbaxça” çempionatı 6-cı pillədə başa vurub

image

Türkiyə Superliqasında 2018-2019 mövsümünə yekun vurulub.

SİA-nın məlumatına görə, çempionatın sonuncu - 34-cü turunun son oyun günündə 4 qarşılaşma keçirilib.Sonuncu turun maraqlı qarşılaşmalarından biri "Şükrü Saracoğlu" stadionunda oynanılıb. "Fənərbaxça" doğma azarkeşləri önündə "Antalyaspor"u məğlub edib. İstanbul təmsilçisi Mixa Zaytsın (13), Eljif Elmasın (69) və Viktor Mozesin (90) qolları sayəsində rəqibinə 3:1 hesabı ilə qalib gəlib və mühüm üç xal qazanıb. Qonaqların heyətində isə 33-cü dəqiqədə Mevlüt Erdinç fərqlənib. Bu qələbədən sonra xallarını 46-ya çatdıran İstanbul təmsilçisi çempionatı 6-cı pillədə bitirib.
Superliqada qalmaq uğrunda mübarizə aparan "Göztəpə" və "Bursaspor" da mövsümü qələbə ilə başa vurub. "Göztəpə" – "Anakaragücü" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Ərzurumspor" komandası "Kayserispor"a 2:0, "Bursaspor" isə "Yeni Malatyaspor"a 2:1 hesabı ilə qalib gəlsələr də, superliqa ilə vidalaşıblar. Superliqanı tərk edən digər komanda "Akhisarspor" olub.Beləliklə, ardıcıl olaraq 2-ci, tarixində isə 22-ci çempionluğunu rəsmiləşdirən "Qalatasaray" Superliqanı 69 xalla lider kimi başa vurub. 67 xala malik "Başakşəhər" çempionatda ikinci yeri tutub. Hər iki klub Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək. Hesabında 65 xal olan "Beşiktaş" turnir cədvəlində üçüncü, 63 xal toplayan "Trabzonspor" dördüncü, "Yeni Malatyaspor" isə 47 xalla beşinci olub və UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə ediblər.

sia.az

Digər xəbərlər