Xəbərlər

  • 4 826

“Milan” Çempionlar Liqasından kənarda qaldı

image

İtaliya A Seriyasında 2018-2019 mövsümünə yekun vurulub.

SİA “Qol.az”-a istinadən xəbər verir ki, 38-ci turun son oyun günündə daha 6 qarşılaşma keçirilib."Yuventus" qızıl medalları vaxtından əvvəl təmin etdiyindən, son turda əsas diqqətlər Çempionlar Liqasına düşmək uğrunda mübarizəyə yönəlmişdi. Turnirə son 2 vəsiqə üçün 3 klub - "Atalanta", "İnter" və "Milan" yarışırdı. Hər üç komanda oyunlarını qələbə ilə başa vursalar da, əsas rəqiblərindən bir xal az toplayan Milan şəhərinin eyniadlı təmsilçisi ilk 4-lüyə düşə bilməyib. Nəticədə Cennaro Qattuzonun çalışdırdığı komanda ÇL-dən kənarda qalıb. "Milan" yeni mövsümdə İtaliyanı Avroliqanın qrup mərhələsində təmsil edəcək."Frazinone" və "Kyevo"dan sonra A Seriyasını tərk edən 3-cü klub isə səfərdə "İnter"ə 1:2 hesabı ilə uduzan "Empoli" olub.

26 may

"Fiorentina" - "Cenoa" - 0:0

"Roma" - "Parma" - 2:1
Qollar: L. Pelleqrini, 35 (1:0), Jervinyo, 86 (1:1), D. Perotti, 89 (2:1)

"Atalanta" - "Sassuolo" - 3:1
Qollar: D. Berardi, 19 (0:1), D. Zapata, 35 (1:1), P. Qomes, 53 (2:1), M. Paşaliç, 65 (3:1)

"Kalyari" - "Udineze" - 1:2
Qollar: L. Pavoletti, 17 (1:0), E. Hallfredsson, 59 (1:1), S. De Mayo, 69 (1:2)

"İnter" - "Empoli" - 2:1
Qollar: K. Balde, 51 (1:0), H. Traore, 76 (1:1), R. Nainqqolan, 81 (2:1)

SPAL - "Milan" - 2:3
Qollar: H. Çalhanoğlu, 18 (0:1), F. Kessie, 23 (0:2), 66-penalti (2:3), F. Vikari, 28 (1:2), M. Fares, 53 (2:2)

Qeyd edək ki, "Yuventus" mövsümü 90 xalla birinci, "Napoli" 79 xalla ikinci, "Atalanta" və "İnter" 69 xalla müvafiq olaraq, üçüncü və dördüncü, "Milan" 68 xalla beşinci, "Roma" isə 66 xalla altıncı pillədə başa vurub.

sia.az

Digər xəbərlər