Ölkə çempionatının ilk gününün qalibləri müəyyənləşib

Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə ölkə çempionatı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyası (AQF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk günündə kişi və qadın şpaqaçılar arasında qaliblər müəyyənləşib.Kişilər arasında Kənan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xalid Əliyev ikinci olub. Barat Quliyev və Fərrux Səfərov isə bürünc medalla kifayətləniblər.Qadınlar arasında Elmira Xudaverdiyeva Azərbaycan çempionu olub. Azərin İdriszadə fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Alfiyə Abdinova və Məryəm Sadıxova isə bürünc medal qazanıblar.Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları təqdim olunub.

sia.az