"Neftçi" və "Səbail"in 5 potensial rəqibi açıqlandı

Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

SİA UEFA-nın saytına istinadən xəbər verir ki, retinqinə görə digər rəqiblərindən fərqlənən və səpələnmişlər sırasında yer alan "Neftçi" "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro) ilə qarşılaşacaq."Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans"a (Estoniya) rəqib olacaq.Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

sia.az