Xəbərlər

  • 4 115

Əfsanəvi Raul yenidən “Real”da

image

"Real"ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.

SİA klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, "Real"ın ikinci komandası sayılan "Kastilya"ya baş məşqçi təyin edilib. Keçmişin əfsanəvi hücumçusi ilə imzalanmış sözləşmənin detalları haqda məlumat verilməyib. "Kastilya" hazırda “B” Sequndasında mübarizə aparır.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış etmiş Raul 550 oyuna çıxıb və 228 qola imza atıb.

sia.az

Digər xəbərlər