"Sevilya" 25 milyon avroya futbolçu transfer edib

"Sevilya" futbol klubu, növbəti transferini reallaşdırıb. Klubun saytında yer alan xəbərə görə, La Liqa təmsilçisi "Bordo"nun futbolçusu Jyul Kundeni heyətinə qatıb. 20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Sevilya" Fransa klubuna 25 milyon avro təzminat ödəyib. Bu isə klub tarixinin ən bahalı transferidir. Qeyd edək ki, Kunde ötən mövsüm Fransa çempionatında 37 matçda oynayıb.

sia.az