İtaliyanın “Roma” futbol klubunun hücumçusu Stefan El Şaravi Çinin “Şanxay Şenxua” komandasına transfer edilib. 26 yaşlı hücumçu Çin təmsilçisi ilə üç illik müqavilə imzalayıb. “Şanxay Şenxua” klubu hücumçuya görə İtaliya təmsilçisinə 20 milyon avro ödəyib. Stefan El Şaravi “Roma”nın heyətində 139 oyunda 40 qol vurub.
sia.az