Xəbərlər

  • 3 999

Novak Cokoviç Uimbldon turnirinin qalibi olub

image

İyulun 14-də “Böyük dəbilqə” seriyasından olan Uimbldon tennis turnirinin final görüşü keçirilib.SİA xəbər verir ki, isveçrəli Rocer Federer serbiyalı Novak Cokoviç ilə üz-üzə gəlib. Gərgin və yaddaqalan görüş Novakın qələbəsi ilə başa çatıb - 3:2 (7:6, 1:6, 7:6, 4:6, 3:2).Federer və Cokoviç ATP turnirlərində 49 dəfə qarşılaşıblar. Bu oyunlardan 22-də isveçrəli tennisçi, 27-də isə serbiyalı tennisçi qələbə qazanıb.Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub.“Uimbldon-2019” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki üçüncü turniridir.Qeyd edək ki, Londonda ənənəvi olaraq keçirilən turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır.

sia.az

Digər xəbərlər