Qazaxıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" öz meydanında “Kayrat”la qarşılaşıb. Səkkiz qolun vurulduğu görüşdə qonaqlar qalib gəlib – 5:3. Balayev qollardan birini penaltidən buraxıb.Qeyd edək ki, 19 turdan sonra 39 xalı olan "Tobol" turnir cədvəlinə başçılıq edir. "Astana" isə 38 xalla 2-cidir.
Xatırladaq ki, dünənki oyundan əvvəl "Tobol" baş məşqçisi Vadimir Qazzayevlə yolları ayırdığını açıqlayıb.

sia.az