Xəbərlər

  • 3 570

Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib

image

İyulun 23-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən atletika yarışlarının ikinci günündə yarışlar iki sessiyada baş tutacaq. Səhər sessiyasında atletlər 400 metr məsafəyə qaçış, 400 metr məsafəyə maniələrlə qaçış, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük növlərində mübarizə aparacaqlar.Axşam sessiyasında 100, 1500, 3000 metr məsafəyə qaçış, 110 metr məsafəyə maniələrlə qaçış, şüvüllə tullanma, uzunluğa tullanma, nüvəitələmə və çoxnövçülük yarışlarının final mərhələləri keçiriləcək."EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

sia.az

Digər xəbərlər