Xəbərlər

  • 3 872

Portuqaliya Superkubokunun finalında darmadağın

image

Futbol üzrə Portuqaliya Super Kubokunun yeni qalibi müəyyənləşib.
SİAMatc.az xəbər verir ki, sözügedən titul uğrunda son ölkə çempionu “Benfika” ilə Portuqaliya Kubokunun qalibi “Sportinq” üz-üzə gəlib.Faru şəhərindəki “Alqarve” stadionunda baş tutan görüşdə “Benfika” rəqibini 5 cavabsız qolla məğlub edib. Rafa Silva (40), Qrimaldo (64) və Şikinyonun (90+1) hərəyə bir dəfə fərqləndiyi oyunda Pitsi (60, 75) dubla imza atıb.
“Benfika” 8-ci dəfə Portuqaliya Super Kubokunu qazanıb. Sözügedən klub bu göstəricidə “Sportinq”ə çatıb. Rekord isə “Portu”ya məxsusdu – 21 dəfə!

sia.az

Digər xəbərlər