Xəbərlər

  • 4 348

Karateçilərimiz Avropa Cempionatına hazırlaşır

image

Noyabrın 1-də Makedoniyada Şotokan Karate üzrə Avropa Çempionatı start götürəcək. SİA-nın məlumatına görə, Skopyedə keçiriləcək yarışa hazırlığa Gürcüstanda başlayan komandamızın üzvləri Kobuleti toplanışını başa vurublar.

Seçməmiz Dünya Şotokan Karate Federasiyasının İdarə heyətinin üzvü, qurumun Azərbaycandakı rəhbəri Arif Məmmədovun başçılığı altında qonşu ölkəyə 4 idmançı ilə yollanıb. Bunlar Dünya və Avropa çempionu Asim Məmmədov, Dünya birincisi Süsənbər Həsənzadə, həmçinin, Elbrus Abdullayev və Vaqif Zeynalovdur. Skopye mücadiləsi son 2 idmançı üçün ilk Avropa sınaq olacaq.
Təlim-məşq toplanışına yerli və azərbaycanlı idmançılarla yanaşı, türkiyə, iran, iraq və bolqarıstanlı karateçilər də qoşulublar.
Məşqlər dəfələrlə Dünya və Avropa Çempionu Arif Məmmədov, gürcüstanlı İrakli və David Tkebuçava, Henri Vekuva, bolqarıstanlı Pavel Stoyanov və türkiyəli Yaser Sahintekin tərəfindən keçirilib.
Son gündə toplanışa Dünya Şotokan Federasiyasının Prezidenti Kaxa Basilya da qoşulub.
Bundan başqa seminar çərçivəsində iştirakçılar arasında turnir də keçirilib. İdmançılarımız yarışı 2 qızıl və 2 bürünc medalla başa vurublar.
Komandamız ayın 7-dən etibarən qitə çempionatına tam heyətlə Bakıda hazırlıqlara başlayacaq.

sia.az

Digər xəbərlər