Xəbərlər

  • 4 094

Naxçıvanda futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib

image

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib. SİA xəbər verir ki, oyunlar dövrə sistemi olmaqla, muxtar respublika üzrə 17 stadionda təşkil edilir.Yarışlarda Naxçıvan şəhəri üzrə 4, Şərur rayonu üzrə 19, Babək rayonu üzrə 8, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 8, Kəngərli rayonu üzrə 8, Şahbuz rayonu üzrə 8, Sədərək rayonu üzrə 8 olmaqla, ümumilikdə, 71 kəndin futbol komandası mübarizə aparır.Artıq birincilikdə ilk turun oyunları keçirilib. Naxçıvan şəhəri üzrə Qaraçuq və Bulqan kənd komandaları arasında görüş birincilərin 8:2 hesablı qələbəsi ilə başa çatıb. Şərur rayonu üzrə keçirilən görüşdə İbadulla kənd komandası Qarxun kənd komandasından üstün olub – 6:2. Babək rayonu üzrə Vayxır kənd stadionunda keçirilən oyunda Vayxır kənd komandası babəkli həmkarlarına 3:0 hesabı ilə məğlub olub. Ordubad rayonunda Vənənd və Dırnıs kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Şahbuz rayonunda Şahbuz şəhər və Aşağı Qışlaq kənd komandaları, Sədərək rayonunda Sədərək və Heydərabad qəsəbə komandaları, Kəngərli rayonunda isə Böyükdüz və Yurdçu kənd komandaları üz-üzə gəliblər. Hər üç görüşdə birincilər eyni hesabla qalib gəliblər – 6:2. Culfa rayonu üzrə Bənəniyar kənd komandası Əbrəqunus kənd komandasından üstün olub – 3:2.

sia.az

Digər xəbərlər