Xəbərlər

  • 3 605

Təlim zamanı ərazinin kəşfi aparılıb

image

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qoşun növü və qisimlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.
Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.
Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

yap.org.az

Digər xəbərlər