Xəbərlər

  • 4 393

“Baku Triathlon 2019” turnirinə start veriləcək

image

Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında “Baku Triathlon 2019” turniri keçiriləcək. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.

sia.az

Digər xəbərlər