Xəbərlər

  • 4 076

"Liverpul"u "Mançester Yunayted" dayandırdı

image

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.SİA xəbər verir ki, turun mərkəzi görüşü bu gün olub. Səkkiz turun hamısında qalib gələn lider "Liverpul" səfərdə "Mançester Yunayted"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Yurgen Kloppun komandası mövsümdə ilk xal itkisi ilə üzləşib."Mançester Yunayted" – "Liverpul" - 1:1

Qol: Reşford, 36 (1:0), Lallana, 85 (1:1)

Qeyd edək ki, lider "Liverpul"un 25 xalı var. "Mançester Siti" 19 xalla 2-cidir. Uğursuz mövsüm keçirən "Mançester Yunayted" isə 10 xalla 13-cü pillədə qərarlaşıb.

sia.az

Digər xəbərlər