Xəbərlər

  • 5 450

“BakuBuild 2019” sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verir TƏDBİR

image

Bu gün Hyatt Regensy otelində 22 oktyabr tarixində başlayacaq 25-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2019” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında sabahdan başlayacaq sərgi barədə ətraflı məlumat verilib.Mətbuat konfransında bildirilib ki, sərginin 4 iş günü ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər. Həmçinin qeyd olunub ki, “BakuBuild” sərgisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda diqqətə çatdırılıb ki, “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir və məhz bu şirkətin nümayəndələri mətbuat konfransında yuxarıda sadalanan dəstək verən təşkilatlara və qurumlara öz təşəkkürlərini bildiriblər.Qeyd ediblər ki, sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunacaq. Həmçinin diqqətə çatdırılıb ki, “Kottec və aşağı mərtəbəli tikinti üçün müasir izolyasiya sistemləri TechnoNICOL”; “Etibarlı yeraltı su izolyasiyası üçün müasir həllər: nəzəriyyə və təcrübə” və s. kimi bir sıra seminarlar da sərgi çərçivəsində baş tutacaq. Xüsusilə nəzərə çatdırılıb ki, bu il təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsil rekorda imza atıblar. Beləki, xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək və ümumilikdə, “B2B” formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkətin iştirakı gözlənilir.Mətbuat konfransında jurnalistlərin suallrı cavablandırılıb və bununla da konfrans yekunlaşdırılıb.

sia.az

Digər xəbərlər