Xəbərlər

  • 4 328

U-21 millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevinib

image

Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.SİA xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də növbəti matçına çıxıb.Sözügedən kollektiv bu dəfə doğma meydanda “Kembric Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.“Piterboro Yunayted”in yer aldığı H qrupunda “Northempton”la London “Arsenal”ının U-21 komandası da qərarlaşıb. Futbolçumuzun komandası ilk turda “Northempton”u səfərdə 2:0, ardından evdə “Arsenal”ı 1:0 yenmişdi. Sözügedən kollektiv hazırda 9 xalla qrup lideridi.

sia.az

Digər xəbərlər