Xəbərlər

  • 5 189

Əli Əhmədov: “Azərbaycan özünün tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib”

image

“Torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə və işğal nəticəsində bir milyondan çox vətəndaşının məcburi köçkünə çevrilməsinə baxmayaraq, Azərbaycan özünün dini, irqi tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib”. SİA-nın xəbərinə görə, bu fikirləri II Bakı Sammitinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov sammitin plenar iclasında çıxış edərkən deyib. Baş Nazirin müavini deyib ki, hazırda dünyada müxtəlif qəbildən olan müharibələrin, qarşıdurmaların sayı artmaqdadır. Onun sözlərinə görə, bu vəziyyət dini liderlərin qarşısında yeni vəzifələr qoyur: “Hesab edirəm ki, Dünya dini liderlərinin Bakı Sammiti yer üzündə milyonlarla insanı narahat edən problemlərin müzakirə ediləcəyi bir platformaya çevrilir”.

Digər xəbərlər