Xəbərlər

  • 5 326

Güləşçilərimizin İsraildə təlim-məşq toplanışı davam edir

image

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamızın üzvləri noyabrın 25-dən İsraildə təlim-məşq toplanışında iştirak edirlər. SİA-nın məlumatına görə, böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 5 pəhləvanımız dekabrın 5-dək yerli komanda ilə birgə paytaxt Təl-Əvivdə hazırlıq prosesi keçəcək.Qarşı tərəfin dəvəti ilə gerçəkləşən təlim-məşq toplanışında yeniyetmələr arasında dünya çempionu Nihat Məmmədli (55 kq), gənclər arasında Avropa ikincisi və dünya üçüncüsü Əsgər Əlizadə (60 kq), eləcə də Adəm Hacızadə (67 kq), Rauf Əliyev (72 kq) və Murad Əhmədiyev (82 kq) iştirak edirlər.

sia.az

Digər xəbərlər