Gültəkin Hacıbəyli yenə ortalıqda

Nankorluq onun xislətindədir

"Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbıyli yenə ortadadır. "Milli Şura"nın mini aksiyalarının başlanmasına rəvac verən G.Hacıbəylinin məqsədi, ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna kölgə salmaqdır. O da sirr deyil ki, ümumiyyətlə, istər "Milli Şura", istərsə də AXCP, bu sıraya daxil olan G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, onlara təklif edilən zamanı və yeri öz təbirlərincə münasib bilmədiklərini deyərək, siyasi şou göstərib mühacir bizneslərinə daha çox adamı cəlb etməyə cəhd göstərirlər.

Gültəkin Hacıbəyli - bir medalın iki üzü

Bu, o G.Hacıbəylidir ki, hər sifətdə ola bilir. Elə bu yerdə onun "Baxış bucağı" verilişində çıxışı boyu siyasi məhbuslardan, onların çətinliklərindən fikirlər söyləyib ağılsız iddialar irəli sürüb. Jurnalist həmsöhbətinə belə bir sualla müraciət edib: "Gültəkin Hacibəyli üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçısı müxalifətin ən böyük birliyində təmsil olunmağı qərara aldı?" G.Hacıbəyli əvvəlcə suala etiraz edib: "G.Hacıbəyli verilişdən əvvəl özü və "Milli Şura"nın heç nəyə yaramayan sədri Rüstəm İbrahimbəyov barəsində sualları çıxardırmışdı, demişdi ki, bu sualları vermə, versən də, cavab verməyəcəm, deyəcəm ki, cəmiyyətə bizim mübarizəmiz maraqlıdır-filan... Hə, mən o xanımın "Milli Şura" yaranan ərəfədə müxalifət partiyalarından biri olan KXCP-nin qərargahında, kiçik bir otaqda saatlarla davam edən müzakirələrdə dayanmadan "Ya Rüstəm İbrahimbəyov, ya da yenə Rüstəm İbrahimbəyov"- dediyini də xatırlayıram və suallardan biri onunla bağlı idi: "Müxalifətə indiyədək bir xeyri dəyməyən insanı "Milli Şura"da saxlamaq nəyə lazımdır, sizcə?" Onun fikrincə, verilişdə ancaq müxalifətçi xanımın istəyinə uyğun suallar verilməli idi.
Qeyd olunan bu hadisə də demokratiya libasına bürünən, xalqa demokratik prinsiplərdən dərs keçən, yeri gəldi-gəlmədi iqtidarı tənqid edənlərin əsl mahiyyətini və gerçək simasını bir daha ortaya qoyur. Bu yerdə məşhur bir atalar məsəlini xatırlamasan olmur: utanmasan, oynamağa nə var ki?
Son olaraq qeyd etmək istəyirəm ki, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq.
Rəfiqə HÜSEYNOVA