Müxalifət

  • 5 692

Xədicə İsmayılla "REAL"çılar arasında dava düşdü!

image

Dağıdıcı müxalifət düşərgəsindəki dava-dalaş yenidən qızışıb. İllərdir bir-birilərinə qarşı əsl düşmənçilik hərəkətləri edən və bununla da, gündəmdə qalmağa cəhd edən dağıdıcı müxalifətin "başbilənləri"nin şəxsi istəkləri bitmək bilmir. Şəxsi maraqlarını milli maraqlardan üstün tutan dağıdıcı müxalifət "lider"lərinin dava-dalaşları da artıq yeni məcraya qədəm qoyub.

Bu dəfə dağıdıcı müxalifətin köhnə tanışları, vaxtilə özlərini "bacı-qardaş" adladıran Xədicə İsmayıl və "REAL"ın idarə heytənin üzvü Erkin Qədirli üz-üzə gəlib. X.İsmayıl və E.Qədirli arasındakı dostluq münasibətləri vaxtilə qrantların bölünməsinə görə pozulmuşdu. Təsadüfi deyil ki, bu söhbətə reaksiya olaraq, xarici təşkilatlar da hər iki şəxsi "qrantyeyənlər" adlandırmışdı. Qədirlinin "REAl"-ın Respublika Günü ilə bağlı keçirilən toplantısındakı çıxışı yeni Feysbuk qarşıdurmasına səbəb olub. E.Qədirli toplantıda etiraf edib ki, "REAL" çox kiçik addımlarla yeriyir. Yəni təmsil etdiyi təşkilatı dolayısı ilə "tısbağa yerişli" təşkilat adlandıran E.Qədirlinin bu fikirləri X.İsmayılın xoşuna gəlməyib. O, sosial şəbəkədə Qədirlini tənqid, hətta təhqir edən statuslar yazmağa başlayıb və "REAL" üzvlərini qorxaq adlandırıb.
E.Qədirli cavab yazdıqdan sonra X.İsmayıl İlqar Məmmədovu və tərəfdarlarını təhqir edib, onları "uzunqulaq" adlandırıb. E.Qədirli X.İsmayılı səhv addımlar atmaqda ittiham edib. "Millətimizi açıq-aşkar qorxaq adlandıran və təhqir edən adamların yazısını paylaşırsan, mənim sözlərimdə isə xalqımızı aşağılayan məna olduğunu deyirsən".
Bundan sonra X.İsmayılın aylıq "maaş" verdiyi "Nida"çılar da E.Qədirlini təhqir etməyə başlayıb. Bununla kifayətlənməyən "Nida"çılar erməni alimlərdən və siyasətçilərindən misallar çəkməyə başlayıblar.
Xatırladaq ki, dağıdıcı müxalifət nümayəndələrinin erməniləri açıq şəkildə müdafiə etməsi, onlardan sitatlar gətirmələri ilk hal deyil. Onlar uzun illərdir ki, erməni havadarlarından qrantlar alaraq, Azərbaycan dövlətçiliyinin əleyhinə iş aparırlar. Heç şübhəsiz ki, onların bu addımları heç vaxt nəticə verməyib və verməyəcəkdir də. Göründüyü kimi, şəxsi intriqalarla gündəmi zəbt etməyə çalışan bu cür satqın ünsürlər öz maraqlarına xidmət etmək üçün milli maraqlarımıza zərbə vurmağa çalışırlar.

Samir

Digər xəbərlər