Müxalifət

  • 15 091

AXCP-"REAL" qarşıdurması

image

İlqar Məmmədovun təşkilatı Əli Kərimlini siyasi səhnədən siləcək

Son günlər "Respublikaçı Alternativ Hərəkatı" və ənənəvi müxalifət düşərgəsində təmsil olunan dağıdıcı siyasi qurumlar arasında kəskin qarşıdurmalar müşahidə olunmaqdadır. "REAL"-ın icraçı katibi Natiq Cəfərli müxalifəti ötən əsrin 80-90-cı illərində ilişib qalmaqda, "azadlıq" və digər ənənəvi şüarlarını "devalvasiyaya uğratmaqda" ittiham edib. O, ənənəvi düşərgə təmsilçilərini köhnəçilikdə, düzgün siyasət aparmaqda və xarici qüvvələrdən sifariş almaqda ittiham edib. AXCP sədri Ə.Kərimlinin söyüş qrupu və "like" (bəyənmə) edənlər qismində fəaliyyət göstərən adamları N.Cəfərliyə qarşı hücuma keçiblər. Gözəl Bayramovanın həbsindən sonra oxu daşa dəyən Ə.Kərimli mitinq keçirməyi çıxış yolu hesab edərək, utanmadan "REAL"-ı keçirməyi planlaşdırdıqları aksiyada iştirak etməyi dəvət edib. Ancaq bütün bunlara baxmayaraq, AXCP üzvlərinin sosial şəbəkələrdə İ.Məmmədovun və N.Cəfərlinin ünvanına təhqir dolu fikirlər yazması vəziyyəti daha da qəlizləşdirib.

"Milli Şura" ilə "REAL" arasında qarşıdurmanın səbəbləri

"Milli Şura" tərəfindən "REAL"-a aksiyada birgə iştirakla bağlı hər hansı müraciət və ya təklif etməyib və edilə bilsəydi də, təşkilat olaraq o səviyyəsiz qurumun mitinqində iştirak etməyəcəkdik". Bu fikirləri mətbuata açıqlamasında "Respublikaçı Alternativ Hərəkatı"nın idarə heyətinin üzvü Azər Qasımlı bildirib: "Ataların gözəl deyimi var : "Utanmasan, oynamağa nə var ki". Dünən qədər bizə qarşı təhqirli sözlər deyən xarici qüvvələrin nökəri olan Ə.Kərimli kimilər indi keçirmək istədikləri mitinqə dəvət edir. Bu da təəcübli deyil. Çünki Ə.Kərimli satqınçılq nümunəsi olduğu kimi, həm də həyasızlığın son həddidir".
A.Qasımlı onu da bildirib ki, Ə.Kərimlinin məqsədi mənim vasitəmələ təşkilatı parçalamaq, onu İ.Məmmədovun və digər "sözə qulaq asmayan" şəxlsərin nəzarətindən çıxartmaqdır. Qısası, hər kəslə-bütün müxalifət qurumları ilə əsl düşmənçilik münasibəti yaradan Ə.Kərimlinin belə bir şəraitdə mitinqə getməyi rüsvaçılıqla sonunclanacaq. Heç bir siyasi təşkilat bu adamı və təmsil etdiyi qurumu dəstəkləmir: "Şər-böhtan, təhqir maşınına çevrilən AXCP və "Milli Şura"nı kim dəstəkləyər ki!? Belə bir şəraitdə mitinqə gedən və ölkədə "ana müxalifət" olduğunu göstərmək üçün onun dediklərini yerinə yetirməyən, yersiz, məntiqsiz tələblərinə boyun əyməyən hər kəsə şər atan Ə.Kərimlinin rəhbəri olduğu partiya da, "Milli Şura" da iflasın astanasındadır". Təşkilatın funksioneri onu da bildirib ki, xalqdan heç bir halda dəstək ala bilməyən Ə.Kərimlini də qıcıqlandıran odur ki, heç kim onun yanında deyil: "Necə deyərlər, xalq şərin, böhtanın yanında deyil, inkişafın, tərəqqqinin və saflığın yanındadır. Heç şübhəsiz ki, sosial şəbəkələrdə mənasız çağırışlar etməklə insanlarda dərin ikrah hissi yaradan Ə.Kərimlinin yanında partiyanın barmaqla sayılacaq qədər üzvlərindən başqa kimsə qalmayacaq".

R.KAMALQIZI

Digər xəbərlər