Müxalifət

  • 9 364

Müxalifət partiyalarını növbəti istefa dalğası gözləyir

image

Tahir Kərimli: "Sıravi üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəmirlər"

Son günlər müxalifətdaxili qarşıdurmalar fonunda diqqətçəkən əsas mövzulardan biri də partiyalarda istefaların baş verməsidir. Xüsusilə də, AXCP-dən 15 gəncin ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin lideri olduğu "Gələcək Azərbaycan Partiyası"na transfer etməsi Əli Kərimlinin rəhbərlik etdiyi təşkilat daxilində ciddi böhranın olduğundan xəbər verir. Bütün bunlara əsaslanaraq, onu qeyd etmək olar ki, bu gün müxalifət təmsilçiləri sosial bazalarını tamamilə itiriblər və xalqın da bunlara heç bir inamı yoxdur. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin dağılması real görünür, çünki partiya sədrləri müstəqil deyillər, hansısa xarici fondların təmsilcilərindən asılıdırlar: "Ümumiyyətlə, bu gün insanlar nəyə inanırlar: ideologiyaya, təşkilata, yoxsa liderə? Amma müxalifətdə bu gün bu sadalananların heç biri yoxdur. Belə olan halda da, müxalif partiyalarda vaxtaşırı istefalar baş verir. Bu gün, demək olar ki, müxalifət partiyaları təşkilat kimi aşınıblar, yəni zəifləyərək, lazımsız quruma çevriliblər".
T.Kərimlinin sözlərinə görə, sıravi üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəmirlər: "Belə olan halda da, müxalifət düşərgəsində olan şəxslər istefa verərək, oradan uzaqlaşırlar. Çünki bu cür təşkilatla, liderlə və ideologiya ilə ortaq olmaq və talelərini bağlamaq istəmirlər".
"Zaman-zaman Müsavatda, AXCP-də və digər partiyalarda istefalar baş verir və bunun səbəbi də partiya sədrlərinin yanlış siyasəti ilə əlaqələndirirlər. Sizcə, nəyə görə bu partiya sədrləri səhvlərindən və yanlış siyasətlərindən nəticə çıxartmırlar" sulına cavab olaraq, T.Kərimli bildirdi ki, bu gün müxalifət partiya sədrləri özlərinin apardıqları yanlış olan siyasətlərindən heç bir nəticə çıxartmaq istəmirlər: "Partiyaların formalaşmasında və güclənməsində lider birbaşa məsuliyyət daşıyır. Yəni partiyanın adından danışır və onu təmsil edir. Ümumiyyətlə, demək olar ki, lider partiyanın fəaliyyətini koordinasiya etməlidir, liderin qurşağı gen olmalıdır, hətta müxalifət düşərgəsini təmsil edən həmin lider partiya daxilində bir-biri ilə münaqişə aparan partiya üzvlərini ortaq məxrəcə gətirərək, mehribanlıq yaratmalıdır. Amma təəssüflər olsun ki, müxalifətdə sadaladıqlarımın heç biri yoxdur. Əksinə, həmin müxalifət partiya sədrləri ancaq özlərinin şəxsi ambisiyalarını düşünürlər. Özlərini bir lider kimi apara bilmirlər. Ona görə də, belə bir vəziyyət yaranır. Eyni zamanda, müxalifət liderlərinin yanlış siyasətlərindən nəticə çıxarmaq istəməmələrinin əsas səbəbi də, o postu daimi tutmaq imkanını hər zaman götür-qoy etmələridir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu baxımdan, onların əsas niyyətləri və fəaliyyətləri zəbt etdikləri sədrlik kreslolarını əldən verməməkdir".

GÜLYANƏ

Digər xəbərlər