Müxalifət

  • 8 991

Rəsul Quliyev Əli Kərimlini hədəfə aldırdı

image

Son zamanlar ənənəvi müxalifət daxilində durğunluqlar yaşansa da, ara-sıra qarşılıqlı ittihamlar və didişmələr gündəmə çıxmaqda davam edir. Bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin etibar etdiyi 15 nəfər gənc istefa verərək, Rəsul Quliyevin lideri, Ağasif Şakiroğlunun isə sədri olduğu "Gələcək Azərbaycan Partiyası"na qoşulduqlarını bəyan ediblər.

Yaranmış vəziyyətlə bağlı AXCP və "GAP" tərəfdarları sosial şəbəkələrdə bir-birilərini təhqir edir, ittihamlar irəli sürürlər. AXCP sədri Ə.Kərimli yenə də eyni ampulada çıxış edərək istefa verənlərin çoxunun partiya üzvü olmadıqlarını, "GAP"-ın qəsdən siyahını genişləndirmək üçün bu cür taktiki gediş etdiyini iddia edir. Əks-düşərgə isə, onların dediklərini təkzib edir.

Ağasif Şakiroğlu: "Əli Kərimli partiyadaşlarını şantaj etməklə ətrafındakıları saxlamaq istəyir"

"GAP"-ın sədri A.Şakiroğlu baş verən hadisələrlə bağlı açıqlamasında üç ay öncədən AXCP və "Milli Şura"nın onlara qarşı kampaniyaya start verdiklərini bildirib: "Mart ayından etibarən AXCP rəhbərliyinə yaxın olan şəxslərin, həmçinin, "Milli Şura" adlanan qurum bütün resurslarını "Gələcək Azərbaycan Partiyası"na, mənə və xüsusilə də, R.Quliyevə qarşı yönəldərək, olduqca primitiv və özlərinin üslubunda murdar bir kampaniya aparırlar. Son günlər isə AXCP daxilində olan bir sıra gənclərin onları tərk edərək, rəhbəri olduğum partiyaya qoşulmaları onlarda xüsusi narahatçılıq yaradıb".
A.Şakiroğlu onu da bildirib ki, Ə.Kərimli həmişə olduğu kimi, yenə də partiyadaşlarını şantaj etməklə, ətrafında saxlamaq istəyir. Bu da mənasızdır: "Kiminsə arxasında gizlənərək yazı yazıb, başqa bir insan adından yaymaq Ə.Kərimli xüsusiyyəti və "əxlaqıdır". Fərarilik Ə.Kərimliyə məxsusdur. Çünki keçmişi ləkəli olan Ə.Kərimli həmişə narahat olacaq. Çünki AXCP sədri digər müxalifət liderlərinə qara yaxmaqla müxalifətdə monopolist olmasını təmin etmək yolu seçib. Düşünür ki, müxalifəti monopoliyaya ala bilərsə, bu gün əlinə oynadığı "5-ci kolon"un rəhbərindən daha çox bəxşiş alacaq. Bu səbəbdən də, bu eybəcər yolu davam etdirir. Ə.Kərimli yazıb, başqalarının adından tirajladır ki, sən demə, "Rəsul Quliyev hakimiyyətin adamıdır və hakimiyyətə işləyir"... Adama deyən lazımdır ki, ay insan, bəs belə idisə, 2005-ci ildə Rəsul Quliyevlə eyni siyasi blokda, bərabər statusda sən nə gəzirdin?".
"GAP" sədri istefaların davamlı olacağını da bildirib və vurğulayıb ki, Ə.Kərimli kimi siyasətdə cılız insanlar "müxalifət liderliyinə" iddialıdır, çünki qurursuzdur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər