Müxalifət

  • 13 211

Xədicə İsmayıl dağıdıcı müxalifəti "yıxıb-sürüdü"!

image

"Müsavatçılar da Gürcüstana gedib-gəlməyini elə qəhrəmanlıq kimi sırıyırlar ki..."

Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyalararası qarşıdurmalar son günlər daha da şiddətlənib. Artıq əvvəllər daha çox seyrçi mövqe tutmağa çalışanlar da, bir-birilərini açıq şəkildə ittiham edirlər. Ən biabırçı məqam isə odur ki, bir-biriləri ilə təmənnalı şəkildə "dost"luq edən cəbhəçilər, "Nida"çılar, "REAL"çılar və müsavatçılar bu gün mövqe savaşına girişiblər. Qondarma "hüquq müdafiəçisi" Xədicə İsmayılın sosial şəbəkələrdə dağıdıcı müxalifəti sərt şəkildə tənqid etməsi bu düşərgədəki ziddiyyətləri daha da artırıb.
Belə ki, X.İsmayıl sosial şəbəkə vasitəsilə ard-arda iki status yazaraq özünün "əsl müxalifət", "ana müxalifət" adlandıranları lağ obyektinə çevirib: "Müxalifət qurumlarının hamısı uğursuzların siyahısındadır. "Mən daha yaxşı müxalifətçiyəm" deyəndə bir az qəribə çıxır yəni...". X.İsmayıl digər statusunda isə konkret hədəf göstərib: "Müxalif siyasətçiləri gün vurub. Havalanıblar. AXCP və "REAL" dəyiblər bir-birinə boş yerə. Nəyi bölüşürlər, anlaya bilmirəm. Müsavatçılar da Gürcüstana gedib-gəlməyini elə qəhrəmanlıq kimi sırıyırlar ki, deməyə söz tapmıram".
X.İsmayılın məlum statuslarına təhqir dolu cavabları özünü çox gözlətməyib. Xüsusilə də, "REAL" üzvləri, cəbhəçilər və müsavatçılar onu yazdığı statusa görə peşman edəcəklərini bildiriblər. Ancaq məsələnin nisbətən açıq görünən tərəfləri də var. Məsələn, həqiqətən də, müsavatçılar Arif Hacılının Gürcüstana getməsini o qədər şişirdiblər ki, sanki hansısa "böyük" səfərdə olub. X.İsmayıl da, "müsavatçılar da Gürcüstana gedib-gəlməyini elə qəhrəmanlıq kimi sırıyırlar..." deməklə, məhz A.Hacılını nəzərdə tuturlar.
X.İsmayılın statuslarına Altay Göyüşov sərt reaksiya verərək, onu arsızlıqda ittiham edib. Müxalifətçilər, eyni zamanda X.İsmayılı ədalətsiz tənqiddə ittiham ediblər. Bununla yanaşı, X.İsmayılın dağıdıcı müxalifət haqqında səsləndirdiyi ittihamlara dəstək verənlər də olub. Şərh müəlliflərindən biri yazıb ki, "Azərbaycan muxalifəti gəncləri tırkaya verməkdən başqa bir işə yaramır, işləri-gücləri xaricdən qrant alıb 5-3 nəfəri "Məhsul" stadionuna cıxartmaq, ya da hansısa bığı təzə cıxmış gənc insanın muxalif ideologiyası ilə beyinlərini doldurub, onları güdaza verməkdir, başqa bir işə yaramırlar".

Samir

Digər xəbərlər