Müxalifət

  • 16 391

Müxalifətə xarici havadarlarından yeni sifarişlər gəlib

image

Təhmasib Novruzov: "Müxalifət düşərgəsini təmsil edən şəxslərin özlərinə pul lazım olanda və cibləri boşalan zaman xaricdə olan havadarlarına üz tuturlar"

Müxalifət partiyalarından olan kütləvi istefalar fonunda diqqət çəkən məqamlardan biri də liderciklərin yeni iddialarla çıxış etmələri və yaxın vaxtlarda müxalifətin birgə iştirakı ilə aksiyalar keçirəcəklərini bəyan etmələridir. Absurd və gülünc görünən bu iddiaları şərh edərkən, "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, xaricdən müxalifətçilərə yeni sifarişlər gələndə, ağılsız və mənasız iddialarla çıxış edirlər: "Ölkədə nəyi isə bəhanə gətirib, etiraz əlaməti olaraq, toplantı keçirmək üçün heç bir əsas yoxdur. Müxalifət nəyə əsaslanaraq, mitinq keçirmək istəyir? Müxalifət düşərgəsində təmsil olunan şəxslərin bu gün mitinq keçirməklə, nəyə isə nail olacağını deyərək, ortalığa atılmaları, sadəcə olaraq, gündəmdə qalmaq oyunundan başqa bir şey deyil. Artıq xalqımız yaxşını pisdən ayırmağı bacarır. Demək olar ki, cəmiyyət üçün bu müxalifət təmsilçilərinin var olub-olmamaları önəmli deyil. Müxalifət təmsilçiləri bu cür hərəkətləri ilə özlərini daha da gözdən düşürlər".
"Fakt budur ki, müxalifət fəaliyyətsiz durumdadır. Xarici qüvvələrin maddi-mənəvi yardımları da bir nəticə vermir. Bu halda, onların fəaliyyət göstərmələrinə nə dərəcədə lüzum ola bilər" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, xaricdəki qüvvələr bu kütbeyin müxalif partiya sədrlərinə pul buraxmaqla, heç nəyə nail ola bilməyəcəklər: "Çünki artıq necə illərdir ki, xaricdən kifayət qədər bu müxalif qüvvələrə maliyyə yardımları etsələr də, məkrli planlarını reallaşdıra bilməyiblər. Müxalifət düşərgəsini təmsil edən şəxslərin özlərinə pul lazım olanda və cibləri boşalan zaman xaricdə olan havadarlarına üz tuturlar. Xaricdə olan həmin qüvvələr müxalifətin nəyə isə qadir olmadığını bilirlər, sadəcə olaraq, bu reallığı dilə gətirib, demək istəmirlər".
"Demək olarmı ki, Əli Kərimlini, Arif Hacılını və digərlərini yeni şəxslər əvəz etsələr, müxalifət düşərgəsində nə isə bir canlanma yarana bilərmi" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, müxalifət partiya sədrlərinin dəyişilməsi müxalifətdə heç bir canlanma və irəliyə doğru nə isə bir addımın atılmasına gətirib çıxarmayacaqdır: "Müxalifət partiya sədrləri bu gün, hətta müxalifət partiyalarının içərisindəki müəyyən şəxsləri də özlərinin o çürük ideologiyasını elə zəhərləyiblər ki, inandırıcı görünmür ki, bu partiyaların başına gələn şəxs sağlam siyasət aparsın. Ümumiyyətlə, bu müxalifət, belə gəlib, elə belə də gedəcəkdir. Çünki bunların vaxtı bitib. Yaxşı olardı ki, müxalifət partiya sədrləri tamamilə siyasətdən uzaqlaşaraq, başqa işlə məşğul olsunlar. Əks-təqdirdə, bu, onlar üçün pis nəticələr verəcək".

GÜLYANƏ

Digər xəbərlər