Müxalifət

  • 9 404

"25 ildir ki, dağıdıcı müxalifət uğursuzluğa məruz qalır"

image

Niyaməddin Orduxanlı: "Bunlar müxalifət adını bir ştatlı iş yeri kimi və qazanc mənbəyi kimi əllərində saxlayırlar"

2017-ci il artıq başa çatmaq üzrədir. Görünən odur ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci il də müxalifət üçün uğursuz və nəticəsiz başa çatdı. Keçirilən mitinqlərlə gündəmə gəlmək, diqqət mərkəzinə çevrilməyə çalışan müxalifət əks-nəticələrlə qarşılaşdı. Yəni mini-aksiyaların rüsvayçılıqla baş çatması müxalifətə və onların havadarlarına vurulan növbəti sarsıdıcı zərbə oldu. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, 25 ildir ki, dağıdıcı müxalifət uğursuzluğa məruz qalır: "Bu baxımdan da, əvvəlki illərdə olduğu kimi, 2017-ci il də müxalifət üçün uğursuz il oldu. Digər ölkələrdə rast gələ bilməzsiniz ki, Ə.Kərimli, İ.Qəmbər və R.Quliyev kimi, 25 ildir ki, müxalifətdə qalaraq siyasətlə məşğul olsunlar. 25 il bundam öncə, siyasətlə məşğul olan partiya sədrləri, artıq bu gün siyasətdən kənarlaşaraq, öz nəvələri və nəticələri ilə gün keçirməlidirlər. Amma radikal müxalifət düşərgəsini təmsil edən partiya sədrləri 25 ildir ki, heç bir mənası olmayan eyni siyasəti aparır və heç bir halda da, xalq tərəfindən nə isə bir dəstək qazana bilmirlər. Bunlar müxalifət adını bir ştatlı iş yeri kimi və qazanc mənbəyi kimi əllərində saxlayırlar. Onların bu qazanc mənbəyi haradan qaynaqlanır? Erməni lobbiçilərinin fəaliyyəti nəticəsində, dağıdıcı müxalif ünsürlər aylıq maaşlarını təmin edirlər. Bu baxımdan, müxalifət təmsilçiləri də xaricdən aldıqları maaşlarından imtina edərək, siyasətdən getmək niyyətləri yoxdur. Əslində, həm xarici qüvvələr, həm də müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də, çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur".
N.Orduxanlı onu da bildirdi ki, bu gün müxalifət daxilində olan qüvvələr biri-biri ilə normal şəkildə münasibət qura bildirmirlər: "Sadəcə olaraq, onlara xaricdən, nə isə bir tapşırıq gələndə, bir-biri ilə əlaqə qururlar. Fakt budur ki, bu gün müxalifət təmsilçiləri düşərgə daxilində biri digərini sıradan çıxarmaq üçün bütün vasitə və üsullardan istifadə edirlər. Belə olan halda, müxalifətdə hansı irəliləyişin olmasından və birliklərin yaradılmasından söhbət gedə bilər? Əlbəttə ki, heç bir birliyin yaradılmasından söhbət gedə bilməz".
N.Orduxanlı, onu da qeyd etdi ki, artıq 2018-ci ilin astanasındayıq, yəni seçkilər ili gəlir: "Hər zaman olduğu kimi, indidən müxalif düşərgədən artıq 4-5 namizədin olduğunu və bir-birinə güzəştə getməyəcəyi ilə bağlı məlumatlar yayılır. Yəni 2018-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilərdə, düşünmürəm ki, İ.Qəmbər Ə.Kərimliyə güzəştə gedəcək və ya Ə.Kərimli R.Quliyevin marağı naminə, öz iddiasından əl çəkəcək. Onların bir-birinə güzəştə getmək şansları sıfır səviyyəsindədir. Demək olar ki, müxalifət partiya sədrlərinin prezident seçkilərində, ən azından, 4 namizədlə iştirak etmələri gözlənilir. Əminliklə demək olar ki, onların prezident seçkilərində cüzi səs qazanmaq şansları belə yoxdur. Çünki onların arxasında xalq yoxdur".

GÜLYANƏ

Digər xəbərlər