Müxalifət

  • 19 714

Radikal müxalifət daha bir uğursuz ili geirdə qoydu

image

SİYASİ RAKURS

2018-ci il isə onlar üçün "ölüm ili" olacaq

Dağıdıcı müxalifətin, yola sadlığımız 2017-ci ili də, uğursuzluqla başa vurmaları, artıq faktdır. Cari il ərzində bu düşərgədə fəaliyyət göstərən AXCP, Müsavat və s. siyasi təşkilatlar nə xalqdan, nə də xidmət etdikləri xarici təşkilatlardan dəstək almağı bacarmadılar. Əksinə, partiyalararası və partiyadaxili qarşıdurmalar, ziddiyyətlər pik həddinə çatdı, özlərini "ana müxalifətin liderləri" qismində zorla ictimai rəyə sırımağa çalışan psevdomüxalifətçilər didişmələrin və qarşılıqlı ittihamların sayını artırdılar.

"Ölü" müxalifət növbəti ilə də ölüvaylıqla daxil olmağa məhkumdur

Siyasi gündəmdə qalmaları üçün bir neçə aksiya keçirən ənənəvi düşərgənin "liderləri" bu planlarında da uğursuzluğa düçar oldular. Xüsusilə, "Milli Şura" və Müsavat 2017-ci ildə icazəli mitinq keçirsələr də, bu mitinqlər kütləviliyin alınmaması üzündən, fiaskoya uğradı. Halbuki onlar 2018-ci seçki ilinə səsli-küylü keçid etməyə çalışırdılar. Ancaq hər şey tam əksinə oldu - "ölü" müxalifət növbəti ilə də ölüvaylıqla daxil olmağa məhkumdur.
Müxalifət düşərgəsinin fəaliyyəti ətrafında proqnozlar verən politoloq Natiq Miri maraqlı açıqlamaları ilə yadda qalıb. Sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən N.Miriyə görə, dağıdıcı müxalifət siyasi aktivlik göstərməməklə yanaşı, cəmiyyətlə işləməyi də kənara qoyduğu üçün 2017-ci ildə siyasi aktivlik olmadı, müxalifət təşkilatlarının keçirdiyi aksiyalara qatılım az oldu və bu aksiyalar fiaskoya uğradı. O, qarşıdan gələn 2018-ci ildə də müxalif düşərgənin bənzər aqibətlə qarşı-qarşıya qalacağını istisna etməyib və bildirib ki, müxalifətçilər 2018-ci ilin prezident seçkisi ili olduğuna və bu səbəbdən, öz-özünə aktivlik yaranacağına, mitinqlərdə kütləviliyin olacağına ümid edəcəklərsə yenə də fiasko qaçılmaz olacaq. "Bundan sonra keçiriləcək mitinqlərə də, partiya fəallarından başqa, heç kim qatılmayacaq" - deyə qeyd edən N.Miri əlavə edib ki, 2018-ci ildə müxalifətin böyük kütlələrin qatıldığı mitinqlər keçirəcəyini söyləmək üçün hansısa əlamətlər görünmür.
Beləliklə, müxalifətyönlü politoloqun fikirlərindən, həm də belə nəticəyə gəlmək mümkündür ki, nəinki 2017-ci ildə, eləcə də, ondan öncəki illərdə də sözügedən düşərgə heç bir uğur qazanmayıb, ona görə də, növbəti illərdə də onların aqibətinin dəyişilməyəcəyini bəri başdan proqnozlaşdırmaq olar. "Bunu fəaliyyətsizlik adlandırsaq, daha doğru olardı"-deyən politoloq cəmiyyətin də bu cür müxalifəti ciddiyə almamasını doğru və qəbul edilən hesab edir. SİTAT: "...Yəni müxalifətin hansısa təşkilatı yenə aksiya keçirəcək və yenə də xalq aksiyaya qatılmayacaq. İnamsızlıq mühiti davam edəcək. İnamsızlıq mühiti davam etdikcə, hətta seçki ili olsa da, ölkədə siyasi aktivliyi, xalqın mitinqlərə qatılmasını gözləmək özünü aldatmaqdan başqa, bir şey olmaz... Cəmiyyət müxalifəti hakimiyyətə real alternativ qüvvə kimi görməyincə, hər gün mitinq keçirilsə belə, nəticə olmayacaq və fiasko qaçılmaz olacaq".

"Bu da həm onların birlik olaraq fəaliyyətinə ciddi əngəldir, həm də cəmiyyəti onlardan uzaq salır"

Yuxarıda da, qeyd olunduğu kimi, dağıdıcı düşərgə cəmiyyətdən dəstək ala bilmədiyi kimi, vaxtilə əlbir olduğu xarici təşkilatların da dəstəyindən məhrum olub. Çünki düşərgədəki partiyaların hər biri az qala bir-birləri ilə açıq düşmənçilik mövqeyində dayanıblar. Düşmənçilik mövqeyi isə, durmadan artmaqdadır. Bu faktor sayəsində, yəni müxalifətin siyasi fəaliyyətsizliyi, bir-biri ilə yersiz rəqabət, bəzən düşmənçilik münasibətləri ona xarici diqqəti də azaldıb. Müxalifətyönlü politoloqa görə, düşərgədəki təşkilatlar arasında hələ də didişmə və bir-birini qəbul etməmə sindromu hökmrandır: "Bu da, həm onların birlik olaraq fəaliyyətinə ciddi əngəldir, həm də cəmiyyəti onlardan uzaq salır. 2017-ci ildə təşkil olunan etiraz aksiyalarında kütləviliyin olmamasının və fiaskonun səbəblərindən biri də bu amillər idi".
Baş verənlərin bilavasitə müxalifətyönlü insanlar tərəfindən etiraf olunması isə, əslində, reallığın tam əksidir. Bu baxımdan, artıq tam əminliklə söyləmək mümkündür ki, dağıdıcı müxalifət daha bir uğursuz ili geridə qoydu və 2018-ci il onlar üçün "ölüm ili" olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər