Müxalifət

  • 15 836

Bəxtiyar Hacıyev Əli Kərimlini "nakişi" adlandırıb

image

Müxalifətçi fəal: "Əli Kərimli, saxta profillərini yığışdır, sözün var, kişi kimi özümə de!"

AXCP sədri Ə.Kərimli ilə müxalifətçi fəal Bəxtiyar Hacıyev arasında kəskin qarşıdurma yaşanıb. Qarşıdurma sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib və tərəflər bir-birlərinə qarşı ən sərt ifadələrlə çıxış ediblər. Daha dəqiq desək, Ə.Kərimli saxta profilləri vasitəsilə B.Hacıyevə cavablar yazıb, qarşı tərəf isə bunu bildiyi üçün onu öz profilindən yazmağa dəvət edib. Qeyd edək ki, qarşıdurmalara səbəb AXCP sədrinin itkin düşən alpinistlərlə bağlı öz feysbuq səhifəsində paylaşdığı qeyri-ciddi statusudur. Baş vermiş arzuolunmaz hadisəni belə, siyasiləşdirərək, özünə siyasi divident qazanmağa cəhd edən Ə.Kərimlinin bu addımı müxalifətçi fəalın sərt qınağı ilə qarşılanıb. Nəticədə, Kərimlinin statusunu tənqid edən B.Hacıyev cəbhəçilərin hücumlarına məruz qalıb. Kərimli tərəfdarları ən ağır formada B.Hacıyevi sosial şəbəkələrdə aşağılama və onu sərt şəkildə tənqid etməyə başlayıblar. Özü də bu hücumların çoxu saxta profillər vasitəsilə edilib.

"Hansı söyüş söyən saxta profil açırsan, arxasından sənin fotoların çıxır"

B.Hacıyev ona qarşı başladılan həqarət və təhqir dalğasına dözməyərək, Ə.Kərimliyə ünvanlı şəkildə yazıb: "Ə.Kərimli, saxta profillərini yığışdır, sözün var, nömrəm var, kişi kimi özümə de. Hansı söyüş söyən saxta profil açırsan, arxasından sənin fotoların çıxır".
Bu arada, B.Hacıyevin bu ifadələrindən sonra onun tərəfini saxlayanlar da olub. Misal üçün, ona ilk reaksiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlıdan gəlib. O, bu rəyi yazıb: "Saxta profilləri özü idarə edir. Onun tapşırığı olmadan, Bəxtiyar bəy, sizə hücum edə bilməzlər. Ə.Kərimli bolşevikdir. Əsəbiləşməyin".
Bundan sonra N.Orduxanlı da B.Hacıyev kimi təhqir hədəflərinə tuş gəlib. Həmin statuslara heç bir partiyanın üzvü olmayan bitərəflər də qatılaraq, B.Hacıyevi və N.Orduxanlını müdafiə ediblər. Həmin statusundakı müzakirələrə B.Hacıyev bu şəkildə qoşulub: "Onun saxta profillər saxlaması ilk dəfə deyil. Cəbhəçilərin özləri də yaxşı bilirlər saxta profillərin olmasını".

"Saxta profillərlə söyüş söydürəndə, cavabını da almalıdır"

Daha sonra müxalifətçi fəal onu tənqid edən saxta profilin gizlədilməsinə bu cür reaksiya verib: "Bağladı profili, gizlətdi. Saxta deyildisə, gizlətməzdi. Getsin saxta profillərlə özünü reklam etdirsin, postlarını paylaşdırsın, nə edir-etsin. Amma saxta profillərlə söyüş söydürəndə, cavabını da almalıdır".
Yeri gəlmişkən, B.Hacıyevin Ə.Kərimli barədə yazdıqları feysbukda yarım saat qalandan sonra, o, həmin statuslarını silib və bir anda cəbhəçilərin hücumları dayanıb. Bunun qısa zamanda baş verməsi isə, belə qənaətə gəlməyə zəmin yaradır ki, ifşa olunduğunu görən AXCP sədri Ə.Kərimli məsələyə qarışıb və onun xahişi ilə B.Hacıyev statusu silib. Bundan sonra ara səngiməyə başlayıb.
Göründüyü kimi, burada söhbət yalnız Ə.Kərimlinin kimlərinsə həyatları üzərində özünə siyasi dividend qazanmaq tipli rəzil davranışından getmir, söhbət həm də onun saxta profilləri vasitəsi ilə siyasi düşüklük etməsidir ki, sonda onun və trollarının bu çirkin addımları da cavabsız qalmayaraq, ifşa edilir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər