Müxalifət

  • 7 069

Harlem Dezir Qərbin sifarişini yerinə yetirir

image

Zaman-zaman bir sıra qərəzli və məkrli mövqeləri ilə seçilən xarici təşkilatlar, QHT-lər və fondlar Azərbaycanda söz və mətbuat azadlığı sahəsində əldə olunan uğurlara kölgə salmağa xidmət edən hesabatlar yayırlar. Bu günlər mötəbər qurum kimi dəyərləndirilən ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir də eyni qərəzli açıqlama ilə çıxış edib. Söhbət etdiyimiz müsahiblərimiz səslənən fikirlərlə Qərbin demokratik institutlarının Azərbaycana qarşı növbəti qərəzi kimi qiymətləndirdilər.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- ATƏT-in media azadlığı üzrə ofisinin rəhbərinin, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər və yaydıqları məlumatlar reallığı özündə əks etdirmir. Bütün bunları ikili standartlardan irəli gəlir. Çünki xaricdə olan bəzi qüvvələr Azərbaycanda gedən inkişafdan narahatçılıq hissi keçirir və heç bir əsası olmayan yalan iddialar irəli sürməyə başlayır. Ümumiyyətlə, bütün dünya ölkələri Azərbaycan dövlətinin necə olduğunu çox gözəl bilirlər. Yəni ölkəmizdə insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunur. Azərbaycanda olan mövcud demokratik vəziyyət heç də dünyanın aparıcı ölkələrindən geri qalmır. Ümumiyyətlə, insan hüquqları ilə bağlı onların iddia etdikləri nədir? Bu gün Azərbaycanda 24 saat istənilən insan küçədə rahat və sərbəst şəkildə gəzə bilir. Azərbaycanda hazırda qanunvericilik bazası dünyanın ən mütərəqqi bazasından hesab olunur. Yəni onlar insan hüquqları pozulması dəyəndə, nəyi nəzərdə tuturlar? Absurd fikirlərlə hər hansı mənşəyi məlum olmayan internet resurslardan istifadə etmək və ya da özlərinin yaratdıqları hər hansı bir saytda çıxış etmək və fikirlər yaymaq pozuculuğa xidmət edən məslədir. Buna Azərbaycan xalqı öz qətiyyətlə mövqeyi ilə sərt münasibətini bildirir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Bildiyiniz kimi, bu il prezident seçkiləri ilidir. Seçkilər öncəsi də xaricdə olan bəzi qüvvələr Azərbaycan haqqında ikili standartlardan çıxış edir və təxribat xarakterli məlumatlar yayırlar. Çünki xaricdə olan həmin qüvvələr seçki öncəsi ölkəmizdə nə isə xoşagəlməz bir halın yaranmasında maraqlıdırlar. Biz çox gözəl bilirik ki, bu qurumlara və təşkilatlara kimlər "domos"lar ötürürlər. Təbii ki, Qərbin Azərbaycana qarşı bugünkü tutduğu qərəzli mövqeyinə uyğun şəxslər və təşkilatlar yönəldir. Azərbaycanda baş verən hər bir hadisə bizim gözümüzün qarşısındadır. İctimai rəyin, mütəmadi olaraq, ortaya çıxardığı nəticələrlə Qərbin verdiyi o uydurma cəfəng fikirlər heç vaxt üst-üstə düşmür. Bir sözlə, dövlətimiz inkişaf etdikcə, biz təzyiqlərlə daha çox üzləşəcəyik. Yaxşı olardı ki, onlara fikir verməyək və inkişafımızı davam etdirək.

GÜLYANƏ

Digər xəbərlər