Müxalifət

  • 10 632

Müxalifət düşərgəsi dağılan tifaqa bənzəyir

image

Teyyub Qənioğlu: "Bütövlükdə, müxalif qüvvələrin vahid mövqedən çıxış etmələri imkan xaricindədir "

Məlum olduğu kimi, xaricə səfər edən dağıdıcı müxalif ünsürləri orada Azərbaycan əleyhinə anit-təbliğat kampaniyası aparırlar. Bu da, onların növbəti dəfə xalqdan ayrı düşdüklərini göstərir. Təkamül partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında xəyanət yolu tutan müxalif başbilənlərinin əməllərinə atalar məsələsi ilə giriş verdi: məsəl var deyir, pulu kim verirsə, musiqini də o sifariş edir: "Xaricə gedən müxalifət düşərgəsini təmsil edən şəxslər dəvətlə gedirlər. Yəni hər hansı bir fəaliyyət üçün məlumat almağa gedirlər. Təbii ki, təlimat almaq üçün də təlimat verən tərəfin mövqeyinə uyğun fikirlər yürütmək lazım gəlir. Müxalifət təmsilçilərini xaricə dəvət edənlərin məqsədi də, Azərbaycana qarşı mənfi fikir formalaşdırmaqdır. Bunu da dağıdıcı müxalifətin xaricə gedən liderləri çox gözəl bilirlər. Bir sözlə, dağıdıcı müxalifət təmsilçiləri xaricdə olan qüvvələrin gözünə girmək üçün əllərindən gələni edirlər. Bu da, çox mənfi bir haldır. Hansı mövqe tutmasından asılı olmayaraq, siyasətlə məşğul olan insan fikir yürütməmişdən qabaq, mütləq həmin fikrin dövlətin və millətin mənafeyinə nə qədər uyğun olduğunu düşünməlidir. Dövlətin və millətin mənafeyinə ziyan vuran hərəkətlərə əl atmaq düzgün deyil. Çünki dövlətin və millətin mənafeyi daimidir. Bir sözlə, hansısa xarici ölkədə ölkə haqqında nə isə bir mənfi fikir söyləmək, insana yaraşmayan bir hərəkətdir".
"Hər zaman müxalifət liderləri arasında konflektilər olub və bu gün də var. Bu baxımdan, demək olar ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində müxalifət yenə də ortaq məxrəcə gələ bilməyəcək" mülahizəsinə cavab olaraq, partiya sədri bildirdi ki, bu gün müxalifət düşərgəsində elə bir müxalif siyasi qüvvə mövcud deyil ki, namizədliyini verərək, səs toplaya bilsin: "Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda, müxalifətin bu seçkilərdə qalib olmaq şansları yoxdur. O cümlədən, müxalifət düşərgəsində olan siyasi qüvvələrin bir araya gəlmək imkanları yoxdur. Müxalifətdə olan siyasi partiyaların liderlərinin hamısı hesab edirlər ki, əgər birləşmək lazımdırsa, gəlin mənim ətrafımda birləşin, vahid namizəd varsa, onda mənim vahid namizədliyimi irəli sürün. Belə olan halda da, müxalifətin nə isə bir məsələ ilə bağlı bir araya gələrək, birləşməsi mümkün olan məsələ deyil".
Partiya sədrinin sözlərinə görə, müxalifətdə olan daxili ziddiyyətlər, mənəm-mənəmlik, önə keçmək istəyi, yəni layiq olub olmamasından asılı olmayaraq, özünü ana müxalifət elan etmək istəyi, yeganə siyasi qüvvə kimi özünü qələmə vermək istəyi onların bir araya gətirməyə imkan vermir: "Bu il keçiriləcək seçkilərlə bağlı olaraq, müxalifət gündəmdə qalmaq üçün müxalif qruplar birləşib, siyasi blok yaradacaqlar. Amma son nəticədə, ümumiyyətlə, müxalif qüvvələrin vahid mövqedən çıxış etmələri imkan xaricindədir".

GÜLYANƏ

Digər xəbərlər