Müxalifət

  • 7 774

Əli Kərimli Sərdar Cəlaloğlunun hədəfində İTTİHAM

image

Partiyadakı cavan uşaqların hərəsinə 50-60 manat verib internetdə onu-bunu söydürməsin”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimliyə qarşı apardığı anti-kampaniya tam sürəti ilə davam edir. Zamanında onun “cəbhəçi” sədri müxalifətin "primadonnası” adlandırması məsələsi yenidən gündəmə gəlib və ADP sədri Ə.Kərimlinin feysbukdakı saxta profillərini işlədən söyüş qrupunun hədəfinə düşüb.

Ancaq S.Cəlaloğlu bu və ya digər şəkildə öz fikirlərini də çatdırır, üstəlik, ona edilən küfürlərə qarşı daha sərt tonda cavab verir.Maraqlıdır ki, Ə.Kərimlinin ayağısürüşkən müavini Nurəddin Məmmədli də ADP sədrinə qarşı çxışlar edir, hətta vaxtilə bu partiyada olmasına rəğmən, öz köhnə partiyadaşənə təhqir edir. Xüsusilə, 2018-ci ildə baş tutacaq prezident seçkiləri öncəsi bu cür vəziyyətin yaranması bir daha sübut edir ki, artıq müxalifətin daxilində ciddi qarşıdurma prosesinə start verilib.
“İ.Qəmbəri yatırtmaq, nüfuzunu aşağı salmaq, ləkələmək məqsədi ilə AXCP-də bütün günü planlı iş aparılır, aşağılayıcı kampaniya hazırlanırdı”
Yeri gəlmişkən, Nurəddin Məmmədli daha öncələr də S.Cəlaloğlunu “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevlə müqayisə edərək onu Hacıyevin savadlı variantı adlandırmışdı. N.Məmmədli demişdi ki, əvvəllər hər yerdə hörmətli insan kimi qəbul edilən ADP sədri indi özü-özünün hörmətini itirib”-deyə qeyd edən axecepeçi sədr müavini hətta iddia edir ki, Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır...Ancaq ADP sədrinin cavabı da gecikməyib. O, bildirib ki, bu gün onunla davam etdirilən savaş uzun illər Müsavatın keçmiş başqanı İsa Qəmbərlə aparılıb. SİTAT: “Müsavatın qurultayından əvvəl İ.Qəmbər siyasi partiya lideri kimi Əli Kərimliyə alternativ görünürdü. Ona görə də İ.Qəmbəri yatırtmaq, nüfuzunu aşağı salmaq, ləkələmək məqsədi ilə AXCP-də bütün günü planlı iş aparılır, aşağılayıcı kampaniya hazırlanırdı. Hətta cəbhəçilər Müsavatla müttəfiq olduqları vaxtda belə gecə-gündüz İ.Qəmbəri gözdən salmağa çalışırdılar. Artıq eks-başqan rəhbərlikdən gedib, görünür, indi növbədə mənəm. Yəni cəbhəçilər məni özlərinə siyasi rəqib gördükləri üçün sıradan çıxarmağa çalışırlar. Onların əsas niyyəti budur”.ADP sədri Ə.Kərimlini dəfələrlə debata çağırdığını, ancaq qarşı tərəfin onun çağırışına məhəl qoymadığını deyib. “Gəlsin efirə”-deyə növbəti çağırış edən S.Cəlaloğlu bildirib ki, Ə.Kərimli bunun yerinə partiyadakı cavan uşaqların hərəsinə 50-60 manat verib internetdə onu-bunu söydürməklə məşğuldur: “ Ayıbdır, belə siyasət olmaz. Bundan nə müxalifət, nə cəbhə, nə də ADP xeyir görür. Qıraqdan da yaxşı görsənmir. Cəbhəçilər elə bilirlər ki, onlar mütləq kiminləsə intriqaya girməlidirlər”.
“Əli Kərimli ilə tərəf-müqabili olmaq insanı gündəmə gətirməz”
ADP sədri zaman-zaman Ə.Kərimlinin söyüş qrupunun onu şou biznesdə elə də yaxşı ada çıxarmayan insanlarla müqayisə edilməsinə də münasibətini bildirib və deyib ki, opnu kiminlə müqayisə edirlərsə etsinlər, ancaq bircə Ə.Kərimli ilə deyil: “Cəbhəçilər məni istədikləri adamla müqayisə edə bilərlər. Əsas odur ki, Əli Kərimli ilə müqayisə etməsinlər. Çünki Əli Kərimli əxlaqına, intellektinə və xalq qarşısındakı xidmətlərinə görə mənimlə müqayisə olunmayacaq dərəcədə aşağı səviyyəli bir adamdır. O öz ətrafındakı adamlara düzgün yol göstərməlidir. Onlara başa salmalıdır ki, dövlətinə, xalqına bu qədər xidmət göstərmiş müxalifət lideri haqqında ağıza gələni danışmaq olmaz. Cəbhəçilər özləri əlli cür oyundan çıxırlar, sonra başqalarını ittiham edirlər”.“Əli Kərimliyə "primadonna” adı qoymuşam”-deyə qeyd edən ADP sədri əlavə edib ki, siyasətdə kiminsə vaxtının bitdiyini və ya qaldığını yalnız Azərbaycan xalqı müəyyən edə bilər: “Əli Kərimli ilə tərəf-müqabili olmaq insanı gündəmə gətirməz. Şəxsən mən onu özümə layiq bilmirəm. Amma məcbur edirlər ki, onlarla intriqaya girək”.Beləliklə fakt budur ki, artıq düşərgənin mətbəxində qarşıdurmalrın sayı artmağa başlayıb və bu kimi qarşıdurmalar sonunda öz məcrasından çıxaraq, bütün müxalifəti bürüyəcək.

sia.az

Digər xəbərlər