Müxalifət

  • 19 581

Əli Kərimli-İlqar Məmmədov trollatı bir-birlərinə qarşı TƏRS BAXIŞ

image

Sosial şəbəkədə AXCP-REAL qarşıdurması şiddətli hala qədəm qoydu

Son günlər sosial şəbəkədə AXCP sədri Əli Kərimlinin REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla kəskin qarşıdurması müşahidə olunmaqdadır. Əslində, bu qarşıdurmaların əsas səbəbi keçirilən sosial sorğularla bağlıdır. Daha dəqiq desək, virtual seçkilərdə cəbhəçi-realçı üzvləri və onların saxta profilləri trolluq edərək, öz sədrlərinin digərindən üstün olduğunu müxtəlif vasitələrlə cəhdlər göstərirlər. Bu kimi sorğuya həmçinin, tərəflərin cinahında olan partiya sədrləri və birlik rəhbərləri də çıxarılır ki, nəticədə onlar arasında hətta təhqirlərlə müşahidə edilən qarşıdurmalar yaşanır.
İsa Qəmbər necə çıxdaş oldu və Arif Hacılı müsavatçıları nədə ittiham etdi?
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, Müsavatın sabiq başqanı İsa Qəmbər də həmin siyahıda olub və AXCP ilə REAL hərəkatı tərəfindən çıxdaş edilib. Hətta müsavatçıların bu məsələdə qarşılıqlı ittihamları da yaşanıb ki, xüsusilə, Arif Hacılı müsavatçıları sözügedən sorğuda zəif iştirak etməkdə günahlandırıb.
Ancaq növbə sonradan AXCP sədri Ə.Kərimliyə çatıb. Belə ki, AXCP üzvləri və saxta profillərə sahib olan trollar İ.Məmmədovun “like”ləri qarşısında uduzublar. Yəni İ.Məmmədov Ə.Kərimlini üstələyib. Viirtual sorğudan sonra virtual savaşa qalxan cəbhəçilər öz qaragüruhçuluqlarına sadiq qalaraq, REAL-çılara qarşı aqresiv kampaniyaya start veriblər. Nəticədə iddia olunub ki, İ.Məmmədova daha çox saxta profillərdən səs verilib, onlayn səsvermənin nəticəsi də uydurmadır və s.
Natiq Cəfərlidən AXCP-çilərə: “Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilmirsiniz”
Təbii ki, hadisələr əsnasında REAL-ın səlahiyyətlisi Natiq Cəfərli status yazaraq AXCP üzvlərinə sərt cavab verib və bu cavab onların daha da aqressivləşmələrinə səbəb olub. Misal üçün, N.Cəfərli yazıb: “...Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən “satqın”, sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən “trol” olur. Dəhşətli, məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginalaşdırır, dar bir qrupa çevirir”.
Daha sonra bəlli olub ki, cəbhəçilər Kərimlinin daha çox "səs" toplaması üçün tanımadıqlara şəxslərə mesaj yazaraq onlardan "like" diləniblər. Hətta növbəti dəfə ucuz şou göstərərək, guya İ.Məmmədova hakimiyyətin tərəfdarlarının da səs verdiyini öz təbirlərinə uyğun hay-haraylarla bildiriblər.
Beləliklə, N.Cəfərli daha sonra Kərimlinin düşərgəsinə sual ünvanlanyıb: “Cəbhəçilər bu qədər güclüdürsə, niyə mitinqlərinə 2-3 min adam gəlir?”
Saxta və yararsız müxalifət indi də gündəmdə qalmaqdan ötrü bu cür oyunbazlıqlar göstərir
Suala qarşı tərəfin cavabı oxşar olub: “İlqar Məmmdovun virtual tərəfdarlarının sayı bu qədər çoxdursa, nə üçün real həyatda bu özünü göstərmir?”.
Fakt isə budur ki, müxalifətin bütün cinahlarında vəziyyət onların istədikləri kimi getmir və zaman-zaman öz zəiflikləri bu cür vasitələrlə üzə çıxır, o cümlədən, belə dar-davaların, savaşlı qalmaqalların təməlindən Ə.Kərimli və onun “Milli Şura” adlı lüzumsuz qurumu çıxır. 2018-ci ilin prezident seçkiləri isə uzaqda deyil və vaxt azaldıqca, bizlər bu kimi qarşıdurmaların sayını daha çox görməli olacağıq. Necə deyərlər, saxta və yararsız müxalifət indi də gündəmdə qalmaqdan ötrü bu cür oyunbazlıqlar göstərir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər