Müxalifət

  • 7 027

Əvəz Zeynallının qaynar ləyəni TƏRS BAXIŞ

image

Yaxud, şər-böhtan üzərində formalaşmış reket jurnalistin Mehman Əliyev "eşqi"

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya hər hansı bir ideya əsasında açdığı “qaynar qazan” rubrikasının əslində ad baxımından plagiat olduğunu çoxları bilir. Çünki vaxtilə fəaliyyəti dayandırılmış ANS telekanalında həmin rubrika əsasında bir sosial-ictimai verliş gedirdi. İndi, məsələ onda deyil ki, Ə.Zeynallı bu adı oğurlayıb, zatən onun işi-peşəsi şər-böhtan atıb, haradansa nə isə oğurlamaqdır. O cümlədən, siyasi cinahı radikal müxalifət düşərgəsi olan bu fərd nədənsə, elə özünə sərf edən adamları, məsələn “Turan” agentliyinin rəhbəri Mehman Əliyevi dəvət edir, xüsusilə də hər hansı bir fikri qarşı tərəfin mövqeyini öyrənmədən tirajlayır. Qərəz, şantajçılıq və qisasçılıq istiqamətində dırnaqarası jurnalistliklə məşğul olan Zeynallı bu gün də ucuz, yararsız fikirləri ilə özünü zorla ictimai rəyə sırımağa çalışır.
Mehman Əliyevin arvadı zamanında ABŞ-da, Vaşinqtonda bilavasitə erməni lobbisinin sifarişi əsasında fəaliyyət gösətərən QHT-lərin birində koordinator kimi çalışıb
Məsələ ondadır ki, onun “qaynar qazanı”ndan çox çinnisi tökülmüş ləyəni xatırladan oğurluq rubrikasının növbəti şərçisi (şərhçisi yox haaa-R.N.) elə Mehman Əliyev olub. Hakimiyyətə, dövlət nümayəndələrinə qarşı şər, böhtan, iftira və s. atan həmin M.Əliyev ki, keçmişini axtaranda onun nə qədər kirli işlərlə məşğul olmasını növbəti dəfə xatırlada bilərik. Xatırlada bilərik ki, M.Əliyevin arvadı zamanında ABŞ-da, Vaşinqtonda bilavasitə erməni lobbisinin sifarişi əsasında fəaliyyət gösətərən QHT-lərin birində koordinator kimi çalışıb. O cümlədən, erməni lobbisi ilə əməkdaşlıq edən digər QHT – “Sülh və demokratiya İnstitu” adlı qurumun rəhbəri L eyla Yunusla yaxından rəfiqəlik edib. Yəni, lazım gələrsə, sonradan bu faktları daha müfəssəl qaydada ictimai rəyin diqqətinə çatdıra bilərik.
Ancaq müəyyən səbəblərdən sonra azadlığa buraxılan, uzağı 18 gün həbsə belə dözə bilməyən M.Əliyev indi yenidən dönüb-olub müxalifətin “mübariz” adamına və girib Ə.Zeynallının qaynar ləyəninə.
Külli miqdarda pul toplanmışdı..
XATIRLATMA: Hüquq müdafiəçisi Sahib Məmmədovun 2015-ci ildə ölkə saytlarının birinə M.Əliyev barədə verdiyi açıqlamasında qarşı tərəfin heç də sözünə sadiq qalan, kişi xüsusiyyətinə malik olan tələblərə cavab verən insan olmadığını dilə gətirib. Linki də təqdim etməklə, M.Əliyev barədə fikirləri diqqətinizə çatdırırıq.
(http://az.azvision.az/%60Mehman_Eliyev_mene_yalvarirdi...%60_-71924-xeber.html)
SİTAT: “Bu o adamdır ki, vaxtıilə mən Prezident Aparatında (indiki Prezident Administrasiyası-R.N.) şöbə müdiri işləyəndə qəbul otağımda gəzirdi. Şəxsi firma təsis eləmişdi və guya Sumqayıtla bağlı film çəkəcəkdi. Mənə yalvarıb inandırmışdı ki, film çox vacibdir. Mən də Sumqayıt və daha 3 rayon icra hakimiyyəti başçılarına həmin hesablara müəssələrdən pul köçürülməsini tapşırmışdım. Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı.”
Beləliklə, M.Əliyev əgər həqiqətən də özünü təqdim etdiyi xüsusiyyətlərə malik olsaydı, heç nəyə baxmayaraq vədinə əməl edərdi, daha baş verən hadisələri bəhanə edib, sonradan əldə etdiyi pul-paranı şəxsi biznesinə çevirməzdi.
Cəmiyyət bunları qəbul etmir!
Növbəti bir fakta diqqət yetirək. 2013-cü ilin prezident seçkiləri ərəfəsində “Milli Şura”nın Cəmil Həsənlidən öncəki sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması, beləliklə də Azərbaycana gəlib prezident seçkilərində “vahid namizəd” kimi iştirak etməsi üçün Rusiyanın prezidentinə məktub yazan, daha çox isə yalvarıb-yaxaran M.Əliyev sübut edib ki, o, təkcə rusun deyil, erməninin də qarşısında diz çökməyə hazır ola biləcək qədər xəyanətkar bir fərddir. Çünki “Milli Şura”nın yaradılmasının arxasında Rusiyanın qaranlıq dairələrinin dayanması sübuta yetirilmiışdi, həmin dairələri maliyyələşdirənlər arxasında ermənilərin də olması isbatlanmışdı.İndi, bu “adam” utanıb-qızarmadan özünü az qala mələk qismində göstərir, Ə.Zeynallı kimi lüzumsuz “jurnalistlər” isə necə deyərlər, M.Əliyevin dalına fitil qoyub-odlayırlar ki, ağlına gələn iftiralarını töksün hakimiyyətin üzərinə. Ancaq alınmayacaq. Ona görə alınmayacaq ki, belələri ya “qaynar qazanlarda”, ifrəyənə qədər qaynayıb lazımsız məhlullara dönəcəklər, ya da çinnisi tökülmüş ləyənlərdə kif basacaqlar. Çünki cəmiyyət bunları qəbul etmir!

sia.az

Digər xəbərlər