Müxalifət

  • 8 571

Əli Kərimli KXCP-yə “qırmaq” atdı

image

Və ya Mirmahmud Mirəlioğlunun partiyası AXCP ilə“savaşa" hazırlaşır?

Seçkilər öncəsi ənənəvi müxalifət partiyaları arasında qalmaqallar davam edir. Boykot edən siyasi təşkilatlarla seçkilərə qatılmaq iddiasında olan partiyalar bir-birlərini müxtəlif məsələlərdə ittiham edirlər. Xüsusilə, bu kimi amillərdə “Milli Şura”-AXCP cütlüyü canfəşanlıq göstərir. Məhz bu səbəbdəndir ki, son günlər Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-dən baş verən istefalarda bilavasitə AXCP sədri Əli Kərimlinin “barmağının” olması barədə məlumatlar daxil olmaqdadır. Məsələ ondadır ki, fevral ayında “klassik cəbhəçilərdən” Elşən Həşimov, Sudeyif Sadıxlı, Məmmədəli Zülfü, Qurban Qurbanov, Yaqub Babalı istefa veriblər. Onlar KXCP sırlarını tərk etmələri barədə feysbuk sosial şəbəkəsində bildiriblər. Hətta Elşən Həsənov anons edib ki, istefalar bundan sonra da davam edəcək.
Əli Kərimlinin trolları Xəzər Teyyubluya qaşrı kampaniyaya başlayıblar
Digər ilginc məqam KXCP sədrinin müavini Xəzər Teyyublunun açıqlaması ilə bağlıdır. O, mətbuata açıqlamasında deyib ki, bu məsələ rəsmi strukturlarda müzakirə edilməyib: “Bu məsələ əsasən, sosial şəbəkələrdə müzakirə edilir. Biz hesab edirik ki, partiyadaxili məsələlərin sosial şəbəkələrdə müzakirəsi yolverilməzdir. Sözsüz ki, müzakirələr partiya daxilində getməlidir. Əlbəttə, sosial şəbəkələrdə hər kəs öz mövqeyini açıqlaya bilər, amma ilk öncə bu müzakirələr partiyanın rəsmi strukturlarında aparılmalıdır. Hazırda KXCP-nin bu məsələyə dair mövqeyi yoxdur. Müzakirə açmaq istəyən üzvlərimiz partiyadaxili strukturlara müraciət edə bilərlər. Hesab edirəm ki, media sosial şəbəkələrdə yazılanlara KXCP-nin rəsmi mövqeyi kimi yanaşmamalıdır”.
Ancaq onun bu kimi açıqlamasının ardınca, Ə.Kərimlinin trolları X.Teyyubluya qaşrı kampaniyaya başlayıblar. Onlar M.Mİrəlioğlunu seçkilərə qatıldığına görə, müxalifətə xəyanətdə ittiham edirlər.
Əli Kərimli hansı müxalifət partiyalarına vədlər verib?
Bu isə belə deməyə əsas verir ki, artıq Ə.Kərimli KXCP-yə də “qarmaq” atıb və boykotuna dəstək almaqdan ötrü müxalifət partiyalarında təmsil olunan şəxslərə maliyyə təklifləri göndərir. Hətta onun Müsavat partiyasında təmsil olunan şəxslərə də müəyyən vədlər verdiyi barədə informasiyalar mövcuddur. Bu baxımdan, KXCP-dən baş verən istefalar həmin məsələnin reallığıdır. O da əbəs deyil ki, X.Teyyublu mövcud məsələni bacardıqca gizlətməyə çalışır. Məsələn, deyir ki, istefalar ətrafında bab verənlərin mətbuatda müzakirəsini də düzgün saymır. Beləliklə, fakt budur ki, artıq bu kimi məsələlər get-gedə artır və inanılmış mənbələr Ə.Kərimlinin seçkilərə qatılmaq fikrində olan müxalifət partiyalarına müxtəlif vasitələrlə müdaxilələri barədə xəbərləri təsdiqləyirlər. Görünür, bu yaxnlarda KXCP ilə AXCP arasında yeni amansız savaşa start veriləcək.

sia.az

Digər xəbərlər