Müxalifət

  • 8 637

Əli Kəriminin "siyasi məhbus"ları arasındakı terrorçu kimdir?

image

Yaxud bir daha AXCP sədri tərəfindən aldadılmış dindarların nəzərinə!

AXCP sədri Əli Kəriminin "Milli Şura"nın piketdən fərqlənməyən mitiniqlərinə aldadılaraq, yəni küyə salınaraq, qatılan və onun "siyasəti"nin gerçək tərəfindən bixəbər olan bəzi dini inanclılar, xüsusilə, Taleh Bağırzadənin xarici qüvvələr tərəfindən yaradılmış "Müsəlman Birliyi"nin tərəfdarları hələ də kimə və nəyə xidmət etdiklərinin fərqində deyillər. Hələ bir müddət öncə, bəlli olmuşdu ki, "siyasi məhbus" və ya "vicdan məhbusu" kimi müxtəlif xarici təşkilatlara adları təqdim olunanların sırasında vaxtilə Suriya və İraqda vəhhabi təriqəti əsasında fəaliyyət göstərən terrorçuların cəmləşdiyi "İŞİD" şəbəkəsinin döyüşçüsü Əbu Cihadın da adı var. Yeri gəlmişkən, onu da xatırladaq ki, bu, həmin Əbu Cihaddır ki, əsl adı və soyadı Eldəniz Məmmədovdur, Azərbaycan vətəndaşıdır və onu xüsusi xidmət orqanları keçirdikləri əməliyyatlarla həbs ediblər. Beləliklə, boynunda onlarla öldürülmüş günahsız müsəlmanların qanı olan Əbu Cihad ləqəbli terrorçu həbs olunduqdan sonra, nə qədər qəribə görünsə də, "vicdan", yaxud "siyasi məhbusa" çevridi! Qəribədir, deyilmi? Yəni çox qəribədir ki, bu gün, bir tərəfdən, vəhhabilərə də lənət oxuyan T.Bağırzadənin aldadılmış dindarları, o biri tərəfdən, "Milli Şura"nın mitinqlərində "siyasi məhbuslara azadlıq" bağırarkən, elə həmin bu "İŞİD" terrorçusunun da dəyirmanına su tökmüş olurlar. İndi gəl, baş çıxar ki, bunlar vəhhabidirlər, yoxsa qeyrisi. Bu da öz yerində...
Yeri gəlmişkən, bu gün Ə.Kərimli üçün "siyahı"lara kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmişi cani, qaniçən, terrorçu, insan qatili, insan ciyəri yeyən olsa belə! Kərimlinin maraqlandıran budur ki, əgər meydana yenə də az adam çıxacaqsa, onu bu istiqamətdə təlimatlandıranlar dərhal pul-parasını kəsəcəklər. Başqa tərəfdən, dini inanclılar da AXCP sədri tərəfindən aldadıldıqlarının fərqinə varmağa başlayıblar. Fakt budur ki, Kərimli açıq-aydın şəkildə onları şəxsi mənfəətləri üçün istifadə edir. Xüsusilə, radikal-qaniçən vəhhabi sektasının keçmiş üzvünün adıçəkilən siyahıya əlavə edilməsi bu məsələni daha da aktuallaşdırıb. Artıq sosial şəbəkələrdə fəal olan dini kəsimin nümayəndələri Ə.Kərimlinin mitinqlərinə qatılmağı özlərinə böyük günah hesab etməyə başlayıblar.
Başqa tərəfdən, buna daha bir səbəb AXCP sədrinin mitinqə çağırış planına adlarını yazdığı dindarların bir qisminin islam məzhəbləri baxımınan qatı şiə olmalarıdır. Yəni Nardaran hadisələrinin təşkilatçısı T.Bağırzadə, eləcə də, Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Lakin Əbu Cihad ləqəbli E.Məmmədov adlı "İŞİD"çinin də həmin sıraya əlavə edilməsi Ə.Kərimlini, necə deyərlər, ciddi şəkildə fiaskoya uğradıb və o, bütün mənalarda özünü "yandırıb".
Beləliklə, bir daha Əbu Cihadın kim olduğunu daha müfəssəl şəkildə müəyyənləşdirək. Bu gün də "İnstagram" sosial şəbəkəsində "abu_cihadddd" adlı profilə daxil olsanız, orada tipik bir "İŞİD" terrorçusunun şəkillərini görəcəksiniz. Həmin terrorçu E.Məmmədovdur!
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq, cinayət məsuliyyətinə cəlb edilən 38 yaşlı E.Məmmədov "siyasi məhbus", "vicdan məhbusu", "din məhbusu" yox, məhz konkret olaraq, qaniçən terrorçudur! O, nəninki şiə, eləcə də, sünni məzhəbinin digər qolları olan şaafiləri, malikiləri, hənbəliləri, hənəfiləri, sufiləri və s. müsəlmanları da kafir, yolunu azmış sayan və qətlini vacib hesab edən "İŞİD" terror təşkilatının ideologiyası uğrunda savaşıb və insan qanı axıdıb. İndi isə Ə.Kərimlinin "mərhəmətinə" sığınaraq, "vicdanlı" adama çevrilib...
Əlbəttə, belə olan vəziyyətdə, AXCP sədrinin vəziyyəti müşkülə düşüb və onun çıxılmaz halda nə edəcəyi və dini inanclılara hansı cavabı verəcəyi bəlli görünmür.
Görünən isə budur: Ə.Kərimli üçün maraqlı deyil, mitinqə hansı məzhəbin nümayəndəsi gəldi, ya da gəlmədi, onun üçün maraqlı olan istədiyi adamları, hətta terrorçuları "siyasi məhbus" siyahısına salıb, Qərbdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycana qarşı çıxış edən dairələrdən pul qoparmaqdır. Buna isə, həyasızlığın son həddi deyilir...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər