Müxalifət

  • 10 059

Corc Soros da yarıtmaz müxalifətə kömək edə bilmədi

image

Müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısa ömürlü olamsını araşdırmağa ehtiyac yoxdur. Ən azı, ona görə ki, düşərgə təmsilçilərinin dağıdıcı xarakterə, böyük iddialara malik olmasını bilənlər blok və qurumların az müddət sonra dağılmasının heç də təsadüfi olamadığını başa düşürlər.

Dağıdıcı müxalifətin növbəti birlik formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter alıb ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin bir-birinin paxırını açıb tökmək, bir-birini hansı xarici dairələrə işləmələrini qeyd edən "razborka" meydanına bənzədirlər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyur.
Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra "Milli Şura"nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün "Milli Şura" sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefa verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı.

Əli Kərimli avantürist çıxdı

"Milli Şura" yardılarkən, coxları bunu Müsavatla AXCP-nin birliyi kimi təqdim etməyə çalışırdı. Hətta təqdim etməyə cəhdlər göstərilirdi ki, Ə. Kərimli ilə İ. Qəmbər illərin mehriban düşmənləri olsalar da, bu məsələdə birləşmək məcburiyyətində qalıblar. Daha doğrusu, buna məcbur ediliblər. Məlumatlar təsdiq edir ki, SOROS fondu, onun rəhbəri Corc Soros Gürcüstan ssenarisini Azərbaycanda tətbiq etmək üçün dağıdıcı müxalifətdən istifadə etməyi planlaşdırıb. Bu məqsədlədə ayırdığı maliyyə vəsaiti hesabına müxalifətin didişən, ancaq əsas qüvvələri olan Ə.Kərimli - İ.Qəmbər birliyi vasitəsi ilə "Milli Şura"nın yaradılamsı göstərişini verib. Rüstəm İbrahimbəyov isə, sadəcə, bu oyunda bir vasitə olub. C.Soros nəzərləri gözlənilən ittihamlardan yayındırmaq üçün Rusiyada yaşayan R.İbrahimbəyov adını tərtib etdiyi siyahıya salıb. Amma sonradan C.Sorosadan və onun Bakıdakı təmsilçilərindən asılı olamayaraq, proseslər məcrasını dəyişib və əks-istiqamətdə inkişaf edib. Qarışıqlıq məqamında Müsavatın indiki başqanı A.Hacılı, Müsavatın divan üzvü Səxavət Solatanlı ültimativ bəyanatlarla çıxış edərək, hazırladıqları layihənin əksinə olan ACP-nin keçmiş lideri R.Quliyevin və MBH-nın sədri L.Şövkətin və ALP-nin sədri Ə. Temirxanın "Milli Şura"dan çıxarılmasını tələb etdilər. ALP sədri Ə.Temirxanını öz haqqını müdafiə etməsi bir növ yanan oda benzin atılması effekti yaratdı. O zaman qatı müsavatçı olan "Yeni Müsavat" qəzetinin baş redaktoru R. Arifoğlu Ə.Temirxanı bədbəxt adam adlandırdı: "10 ildən artıqdır Ə. Temirxanın böhtanları ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri "sakat"dır. O cümlədən də, başı. Bunu, birmənalı şəkildə deyirəm. ALP sədri qeyri-ciddi və bədbəxt adamdır. Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Həm L. Şövkət, həm R. Quliyev, həm də E. Namazov iqtidarın qurulmasında və formalaşmasında iştirak ediblər. Amma sonradan oradan qovulublar və düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar".
R.Arifoğlu artıq "Milli Şura" formatının iflasa uğradığını qeyd edib: "Milli Şura" deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür və hərə bir bəhanə gətirir.

Daxili çəkişmələr "Milli Şura"nı çökdürdü

Daxili çəkişmələr, böyük iddialar nəhayətdə Rusiyanın layihəsi kimi təqdim olunan, əslində C.Sorosun çirkin maraqlarının icrası üçün yaradılan "Milli Şura" dağılmağa məhkum edildi. Artıq bu qurunda " bir Nəsir, bir də Məmmədnəsir" məsəlinə uyğun olaraq Ə.Kərimli ilə C.Həsənli qalıb. Onların da orada qalması sanki bir qeyrət məsləsidir. Qınaq obyekti olamamaq, ən azı, müsavatçıların atmacalarına tuş gəlməmək üçün "Milli Şura"nı hələ ki, buraxmağa tələsmirlər. Amma "Milli Şura"nın kordinasiya şurasının üzvü Namizəd Səfərovun sözlərinə istinad etsək, yaxın vaxtlarda bu qurum buraxılacaq. Xüsusilə də, uğursuzluqla nəticələnən 10 mart mitinq çousundan sonra bu fikir daha ciddi forma almağa başlayıb. Baxmayaraq ki, Əli Kərimli biclik işlətməklə C.Həsənlini Müsavat başqanı Arif Hacılı ilə əvəzləməklə ağır vəziyyətdən çıxmağa çalışır. Ancaq əbəs. Çünki Müsavat daha çətin və ağır dövrünü yaşayır. Bu baxımdan, A.Haclının Ə.Kərimliyə hansısa formada kömək edə biləcəyi mümkünsüz görünür. Bir də, adama deyən lazımdır, keçəl dərman bilsəydi, öz başına sürtərdi də. Bundan sonra planlaşdırılan mitinqlərində iflasa uğrayacağı şübhəsizdir. Mais Səfərli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özlərinə tərəfdar toplaya biləcəklərini düşünürlər: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düçar olacaq. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər".
Millət vəkili Elşən Musayev müxalifətin mitinq şousunun baş tutmasının qeyri-mümkün olduğunu bildirib: "Ə. Kərimlinin 300 nəfərlik insan toplusuna "mənim xalqım" - deyə səslənişi, Cəmil Həsənlinin sanki bir milyonluq mitinqdə nitq söyləyirmiş kimi havaya girib kükrəməsi, gerçək bir fiaskonun, eyni zamanda, psixi pozğunluğun nəticəsi kimi dəyərləndirilməlidir. Ayrıca insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həya olmalıdır ki, şəhərin düz mərkəzində təşkil olunan aksiyaya - üstəgəl icazəli ikən - 250 nəfərin yığılmasını, tində "Patron" tumu çırtlamasını "möhtəşəm mitinq" adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Ə. Kərimli kimi avantürist edə bilərdi ki, elədi də".
Məlumata görə, Ə.Kərimli mitinqlərin bir işə yaramadığını və "Milli Şura"da baş girələməyində mənasız olduğunu dərk etdiyindən, qurumu AXCP-yə birləşdirməklə üzləşdiyi problemlərdən bir hissəsini həll etmək istəyir. Ancaq bu da Ə.Kərimliyə kömək etməyəcək. Çünki artıq sübuta yetirilir ki, siyasət Ə.Kərimlilik deyil.
Bir sözlə, bu da axırı. Bir zaman böyük həvəslə, bəh-bəhlə yaradılan "Milli Şura" bir növ zurna-balabanla tarixin arxivinə yola salınır. Deyirəm, görəsən, buna görə müxalifət liderləri utanacaqlarmı? Cavab üçün onlara və kiməsə müraciət etməyə ehtiyac yoxdur, onlarda utanan sifət olsa idi, AXC-Müsavat hakimiyyətinin sıradan cıxmasından sonra, qınlarına çəkilib, bacardıqları işlə məşğul olardılar.

İ.ƏLİYEV

Digər xəbərlər