Müxalifət

  • 8 572

ADP-nin iddiası “REAL”-ı bir-birinə qatıb

image

Ortada saxta sənəd iddiası var

Bir neçə gün öncə, sosial şəbəkə üzərindən təsis qurultayı keçirib partiyaya çevrildiyini elan edən “REAL” hərəkatının bu addımından sonra müxalifət düşərgəsində bir sıra narahatlıqlar baş qaldırıb. Əsas narahatlıqlardan biri isə onsuz da heç bir fəaliyyət mexanizmləri olmayan siyasi müxalifət partiyalarının yerlərinin daralmasıdır ki, İlqar Məmmədovun sədri olan “REAL” partiyaya çevrildiyini bəyan etdikdən sonra bu amil özünü daha çox qabartmağa başlayıb. İstər AXCP, istər Müsavat, istərsə də digər partiyalar İ.Məmmədovun sədri olduğu qurumun partiyalar sırasına daxil olmasından elə də razı görünmürlər.Söz yox ki, ortada olan məqamlardan biri də həmin partiyaların “REAL” tərəfindən çıxdaş edilməsi təhlükəsidir. Xarici dipkorpuslarla, yaxud Qərb təşkilatları ilə əlaqələr məsələsində “REAL”ın da partiya olaraq iştirak etməsi söz yox ki, müxalifət partiyalarında qısqanclıq hissləri yaratmaqdadır. Əbəs deyil ki, bir müddət əvvəl aksiyalara qoşulmaq kimi təkliflər alan “REAL” hərəkatı həmin təklifləri rədd etdikdən sonra məhz radikal cinahın hücumlarına məruz qaldı. Sosial şəbəkələrdə kəskin fikir ziddiyyətləri yaşanmaqla yanaşı, xüsusilə “Milli Şura”-AXCP cütlüyünün müəyyən qrupları hərəkat təmsilçilərini “hakimiyyətə işləməkdə” və s. ittihamlarda suçladılar.
İlqar Məmmədov hansı sənədə imza atıb..?
Lakin həmin qarşıdurmalar aramlıq tapar-tapmaz, bu dəfə “REAL” digər siyasi təşkilat – Sərdar Cəlaloğlunun sədri olduğu ADP tərəfindən kəskin ittihamlara məruz qalıb. Məsələ ondadır ki, ADP sədri artıq partiyaya çevrilmiş “REAL”ın həbsdə olan sədri İlqar Məmmədovla bağlı sensasion iddia ilə çıxış edib. S.Cəlaloğlu deyib ki, İ.Məmmədov zamanında Azərbaycan dövlətinin maraqlarına zidd olan xəyanətkar bir sənədə qol çəkib. Belə ki, demokratların sədrinin iddiasına görə, İ.Məmmədov Avropa Şurasına üzv olmaq üçün Dağlıq Qarabağla bağlı heç vaxt məsələ qaldırılmayacağını göstərən sənədə imza atıb.Ancaq maraqlısı budur ki, ortaya müəyyən faktlar çıxdığı zaman qarşı tərəflər bir-birlərini yuxarıda da qeyd edildiyi kimi - hakimiyyətlə iş birliyində günahlandırırlar. Halbuki, inkaredici faktlar, dəlillər ümumiyyətlə göstərilmir.
Müxalifətin siyasi gündəmdə qalmaq üçün göstərdikləri çabalar “bəhrəsini verib”
Görünür, bu səbəbdən, ADP sədri S.Cəlaloğlunun sözügedən iddiasının ardınca, “REAL”ın sədr müavini Azər Qasımlı eyni motivdən çıxış edib və qarşı tərəfi “məntiqsiz” adlandırıb, həmçinin bildirib ki, həmin sənəd əldə ola bilər, ancaq onun saxta olub-omaması da yoxlanılmalıdır.Beləliklə, müxalifətin siyasi gündəmdə qalmaq üçün göstərdikləri çabalar “bəhrəsini verib”. Daha doğrusu, ADP sədri “REAL” hərəkatını bəlli məsələdə ittiham etməklə, “bir güllə ilə iki dovşan vurmağa” çalışıb. Birincisi gündəmdə qalmaq, ikincisi isə müxalifət partiyaları sırasına daxil olan “REAL” hərəkatnı partiyalar sırasından çıxdaş etmək üçün. Hər halda ortada olan ittiham da kifayət qədər ilgincdir...

sia.az

Digər xəbərlər