Müxalifət

  • 9 353

Müsavat partiyası növbəti parçalanmağa doğru

image

Bəlli olduğu kimi, Müsavat partiyasının rəhbərliyi 2014-cü ildən sonra növbəti qurultayını keçirmək barədə qərar verib. Bununla bağlı qurultaya hazırlıq üzrə təşkilat komitəsi də yaradılıb. Maraqlı məqam isə budur ki, təşkilat komitəsində 2014-cü ildə keçirilmiş qurultayda saxtakarlıq yolu ilə seçilmiş hazırkı başqan Arif Hacılının qruplaşması yer alır. Misal üçün, sabiq başqan İsa Qəmbər də daxil olmaqla, bir sıra şəxslər A.Hacılının yenidən başqan seçilməsi üçün siyahıya əlavə ediliblər. Qurultayın bu ilin sonunda keçirilməsi planlaşdırılıb.Digər ilginc məqam adıçəkilən siyasi təşkilatın növbəti qurultay qərarından sonra parçalanacağı barədə səslənən fikirlərdir. Bu barədə daha çox ötən qurultaydan sonra, onun nəticələrini tanımayan etirazçılar – Qubad İbadoğıunun sədri olduğu “ADR” hərəkatının fəalları, həmçinin, Tural Abbaslının sədri olduğu “Ağ Partiya” təmsilçiləri danışırlar. İddia edilən isə budur ki, hələ 2014-cü ildə onlara qoşulmaq istəyən müsavatçılar var idi və son anda onların bəziləri istefa verməyə tərəddüd etdilər. Lakin A.Hacılının başqanlığı dövründə zaman-zaman istefalar baş verdi və tərəddüd edənlər onların təşkilatlarına transfer olundular. Yerdə qalanlar isə hələ də Müsavat üzü olaraq, təşkilat sıralarında qalmaqda davam edirlər. Bu davamiyyətin isə sonu məhz 2018-ci ilin axırlarında olacaq. Beləliklə, Müsavat partiyasının növbəti qurultayının 2014-cü ildə keçirilən səsli-küylü, qalmaqallı qurultayından daha kəskin olacağını düşünmək mümkündür. Cərəyan edən hadisələr fonunda, xüsusilə gedənlərin A.Hacılıya qarşı səsləndirdikləri fikirləri əsasında indidən belə qənaətə gəlmək mümkündür.

sia.az

Digər xəbərlər