Müxalifət

  • 10 627

Əli Kərimlinin planları həm də özünə zərbə sayıla bilər TƏRS BAXIŞ

image

Yaxud, müxalifəti parçalamaq məqsədi güdən AXCP sədri özünü quyuya belə atır

“Siyasi fəaliyyəti” boyu intriqalarda, partiya və müxalifətdaxili savaşlarda ad çıxarmış AXCP sədri Əli Kərimli sözügedən şakərinə sadiqliyini bu gün də təsdiq etməkdədir. Ətrafında “iqtidarla mübarizə aparan yeganə müxalifət lideri” imici yaratmaq və bunu əlində saxlamaq üçün necə deyərlər, özünəməxsus fəaliyyəti ilə seçilən Ə.Kərimli zaman-zaman ayrı-ayrı müxalifət təşkilatlarını hədəfə alıb, parçalamağa çalışıb və beləliklə, müxalifətin birliyinə mane olmaq planını icra edib. Bu gün də o, həmin “siyasətini” saxlayır.
Rəsul Quliyev: “Siyasi arenanın Kərimlinin üzünə birdəfəlik bağlanması, meydandan dışlanması deməkdir, eqoist xarakterli şəxs üçünsə bu qəbuledilməzdir”
Yeri gəlmişkən, vaxtilə “Milli Şura”da təmsil olunan eks-spiker Rəsul Quliyevin onun barəsində bir neçə il öncə dediyi fikirlərini xatırlamaq olar. “Əslində bu, həm də onun özünü qoruma instinktidir”- deyə bildirmiş sabiq spiker həmçinin demişdi ki, AXCP sədri üçün müxalifətin güclənməsi, siyasi proseslərdə söz sahibi olması böyük təhlükədir: “Siyasi arenanın Kərimlinin üzünə birdəfəlik bağlanması, meydandan dışlanması deməkdir, eqoist xarakterli şəxs üçünsə bu qəbuledilməzdir. Əli Kərimli məhz bu xarakterdə olduğundan özündən başqa kimsəyə meydan verməmək üçün lazım gələrsə, hətta ən yaxın ətrafını belə “daş-qalaq” etdirər”.Bu arada digər bir fakt da ondan ibarətdir ki, “Yurd” sədri ənənəvi müxalifətin parçalanmasında ən çox “Milli Şura” üzvlərindən istifadə edir. Halbuki, “Milli Şura”nın sədri Cəmil Həsənli olsa da, bu qurum faktiki olaraq Ə.Kərimlinin dirijor çubuğuyla fəaliyyət göstərir. Maraqlısı da budur ki, “Milli Şura”da təmsil olunan şəxslər ayrı-ayrı partiyaların üzvü olsalar da, Kərimlinin təlimatları ilə hərəkət etdikləri ortadadır. Əlbəttə ki, ortada maddi faktor olmasa idi onlar AXCP sədrinin əmrlərinə tabe olmazdılar. Ümumiyyətlə, beş-üç manata hətta təmsil olunduqları partiyalarda belə dağınıqlıqlar yaratmağa hazır olanlar sanki “Yurd” şefinin buyruq qullarına çevriliblər.
AXCP sədri yay mövsümündən necə istifadə edir?
İndinin özündə də Ə.Kərimli üçün müəyyən fürsət mövcuddur. O, hazırda ənənəvi müxalifət cəbhəsində suların xeyli bulanıq olduğunu yaxşı bilir. Yəni Ə.Kərimli yenidən gündəmə gəlmək, ənənəvi müxalifətdə “vahid lider” obrazı yaratmaq üçün köhnə qayda ilə yeni prosesə start verib və prosesin “müsbət” nəticələnməsi üçün “Milli Şura” üzvlərindən özünəməxsus məharətlə istifadə edir. Misal üçün, bu gün Müsavat partiyası “Milli Şura”da olmasa da, bu partiyanın bir neçə təmsilçisi hələ də Ə.Kərimliyə qulluq edirlər. O cümlədən, KXCP təmsilçiləri də mövcuddur ki, onlar partiyalarında dağınıqlıq və pərakəndəlik salmaq üçün, AXCP sədrindən əmr gözləyirlər. Artıq o da məlum olub ki, Ə.Kərimli yay mövsümündən istifadə edərək, bir neçə partiyada pozuculuq işlərinə başlayıb.
Əli Kərimli müxalifətə élan etdiyi savaşdan qalib çıxa bilərmi?
Təkcə yuxarıda adları çəkilən iki müxalifət partiyasında – Müsavat və KXCP-də bu amil özünü göstərməkdədir. Misal üçün, onu da qeyd edə bilərik ki, narazılıqlar fonunda özünü göstərən daxili savaşlar “Yurd” sədrini planlarına uyğun şəkildə cərəyan edərsə, bu, ənənəvi müxalifətdə yeni parçalanmalara rəvac verəcək. Bu isə onsuz da xalqın etimadını böyük ölçüdə itirmiş ənənəvi müxalifət üçün daha bir ağır zərbə olacaq. Belə ki, illərdir davam edən bənzər ssenari ilə qurulmuş oyunun yenə də eyni nəticələri verəcəyi istisna olunmur. Ən əsası isə, Ə.Kərimli düşərgədaxili “liderliyini” əldə etmək üçün barışmaz və gizli savaş élan edib. Bu savaşdan zəfərlə çıxmaq mümkün deyil. Çünki gec, ya da tez AXCP sədrinin planı tam çılpaqlığı ilə ifşa olunacaq. Bundan sonra isə zərbə alan müxalifət partiyaları ona qarşı müharibə élan edəcəklər. İntriqalar və qarşıdurmalar isə çox yəqin ki, növbəti seçki proseslərinə qədər davam edəcək. Zəif müxalifət isə uduzaraq, xalqdan təcrid olunma prosesini yaşamağa davam edəcək.

sia.az

Digər xəbərlər