Müxalifət

  • 6 629

Avropa ABŞ-a müharbə elan edir? TƏHLİL

image

İrana qarşı sanksiyalar aranı qatdı

Məlum olduğu kimi, ABŞ İrana qarşı daha ağır iqtisadi sanksiyaların tətbiqinə qərar verib. Lakin bu məsələdə Avropa Birliyi ölkələri ABŞ-ın həmin qərarına qarşı sərt mövqe sərgiləyiblər. Hətta bununla bağı Avropa İttifaqı ölkələri öz ərazilərində ABŞ-ın sanksiyalarını bloklayacaqları barədə qərar qəbul ediblər. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb. Məqsəd, Avropa şirkətlərinin maraqlarını qorumaqdan ibarətdir.Bu arada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasətinin ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, təmsil olunduğu qurum ABŞ-ın İrana qarşı sanskiyalarını yenidən bərpa etməsindən təəssüf hissi keçirir.Yeri gəlmişkən, onu da xatırlada bilərik ki, İran öz növbəsində Hörmüz boğazını bağlayacağı ehtimalının artdığını bildirib. Əbəs deyil ki, hələ ötən ayın əvvəllərində, yəni ABŞ-la onun müttəfiqləri arasında dərinləşən fikir ayrılıqları fonunda İran prezidenti Həsən Ruhani Avropa turnesinə çıxmışdı. Görünür, həmin turnenin İran üçün lazım olan hissəsi tamamlanıb və Avropa İttifaqı ölkələri İrana istər birbaşa, istərsə də dolayısı ilə dəstəyini nümayiş etdirib.Ümumiyyətlə, Ruhaninin İsveçrəyə, ardınca isə Avstriyaya səfərləri, eyni zamanda həmin səfərləri ərəfəsində bir sıra razılaşmalar əldə etməyi ABŞ-ı daha da qəzəbləndirdi. Əbəs deyil ki, Donald Tramp həmin vaxt sanksiyaların tətbiq ediləcəyi halda İrana dəstək göstərə biləcək Avropa ölkələrinə qarşı da eyni addımı ata biləcəyini demişdi. Bu isə artıq ABŞ-ın bütövlükdə Avropa Birliyi ölkələrinə qarşı dişini qıcıması kimi qiymətləndirilə bilər. Lakin bugünlərdə Avropa Birliyinin İrana dəstəyi özü-özülüyündə iqtisadi və siyasi hadisələrin daha da qızışacağından xəbər verir. Hər halda, söz siyasilərin olsa da, hadisələrin məcradan çıxdığını da söyləmək mümkündür.

sia.az

Digər xəbərlər