Müxalifət

  • 11 666

ASDP-ADP qalmaqalı: pullar haradandır? TƏRS BAXIŞ

image

Araz Əlizadə Sərdar Cəlaloğlunu fakt qarşısında qoyub

Artıq uzun müddətdir ki, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) ilə Azərbaycan Demokrat Partiyası (ADP) arasında uzun müddətdir davam edən qalmaqallar bitmir. Belə ki, bütövlükdə ənənəvi müxalifətin fəaliyyətsiz olduğunu bildirən ASDP sədri, deputat Araz Əlizadə ADP sədri Sərdar Cəlaloğlunu da hədəfə alıb və iddia edir ki, bir çox müxalifət partiyalarının sədrləri kimi, o da şəxsi mənfəətlərini güdür və siyasi partiyası adından sui-istifadə edərək, onu biznes maraqlarına qurban verir. Məsələn, Cəlaloğlunun ailə üzvlərinin Norveçdə və İngiltərədə yaşadıqlarını xatırladan Əlizadə ona qarşı ittiham sürənlərin cavablarını verib və deyib ki, əgər S.Cəlaloğlu 30 ildir ki, müxalifətdədir və bu müddət ərzində heç yerə işləmirsə, ailə üzvlərinin Avropada yaşamasını necə təmin edib?
“Bu adamın ailəsi Londonda, özü isə Bakıda yaşayır”
ADP sədrinin ona deputat olduqdan sonra və bu pulla özünə təmtəraqlı həyat qurması ittihamını da cavablandıran ASDP sədri bildirib: “Bəziləri deyir ki, mən o pulu deputat olanda yığmışam və sairə. Heç bu adam deputat da olmayıb. Sərdar Cəlaloğlunun Tural adlı oğlu Norveçdə, digər oğlu Cəlal isə İngiltərədə yaşayır. Sərdar Cəlaloğlunun nəvəsi, qızı və həyat yoldaşı da Londonda yaşayır. Sərdar Cəlaloğlunun oğlunun Londonda evi, özünün isə Bakıda bahalı evi və avtomobili var. İndi bu adamın ailəsi Londonda, özü isə Bakıda yaşayır. Adama sual olunur ki, sən Azərbaycandan pul almırsansa, bəs burada nə gəzirsən? Bu qədər malı-mülkü hansı pulla almısan? Mən ona bu barədə sualı prezident seçkiləri ilə bağlı keçirilən debatda da vermişəm. O, bu suala cavab verməkdən yayındı”.
“Vaxtilə Sərdar Cəlaloğlu Milli Məclisin sabiq sədri Rəsul Quliyevdən də xeyli miqdarda pul vəsaiti oğurlayıb”
A.Əlizadə digər ilginc məqamları da xatırladaraq iddia edib ki, zamanında S.Cəlaloğlu sabiq spiker Rəsul Quliyevdən də külli miqdarda pullar alıb və tələb olunan yerlərə deyil, özünə xərcləyib, oğurluq edib: “Vaxtilə Sərdar Cəlaloğlu Milli Məclisin sabiq sədri Rəsul Quliyevdən də xeyli miqdarda pul vəsaiti oğurlayıb. Mən bunu Sərdar Cəlaloğluna deyəndə, o, mənə bildirdi ki, indi də Rəsulu müdafiə edirsən? Ancaq mən Rəsul Quliyevi müdafiə etmirəm. Çünki oğrudan-oğruya halaldır. Bilirsiniz ki, London bahalı yerdir, orada mənzilin kvadrtaı çox bahadır. Mən Sərdar Cəlaloğluna sual vermişdim ki, Londondakı evi Rəsul Quliyevdən oğurladığın pullarla almısan, yoxsa əlavə pul da gəlir? O, buna əsaslı cavab verə bilməmişdi. Bəzən oğru elə danışır ki, doğrunun bağrı çartlayır. İndi Sərdar Cəlaloğlu da elə danışır ki, guya özü kimdənsə pul almır”.
“Demək istəyirəm ki, müxalifətdə olub pulsuz fəaliyyət göstərmək inandırıcı deyil”
Partiya sədri vurğulayıb ki, əgər Sərdar Cəlaloğlu təmiz adam olsaydı, ilk növbədə Rəsul Quliyevə qoşulmazdı: “Mən deputat olana qədər heç bir imkanım olmayıb. Hətta, mənzilim də yox idi. Deputat olandan sonra özümə kreditlə mənzil almışam. Sürdüyüm avtomobil də “Nissan X-trail” avtomobilidir. Onu da kreditlə almışam. Bəzən mənə sual verirlər ki, özün kreditə yaşayan insansan, amma kreditlərdən danışırsan. Yəni, demək istəyirəm ki, müxalifətdə olub pulsuz fəaliyyət göstərmək inandırıcı deyil. Əgər müxalifətdə olub deyirsən ki, mən heç yerdən pul almıram, bu gülünc çıxar. İndi Sərdar Cəlaloğlu, Mən Sərdar Cəlaloğluna sual vermişdim ki, ya sən xarici ölkədən qrant vəsaiti alırsan, ya da sənə hakimiyyətdən pul verilir, yaxud da kimdənsə oğurlamısan. Bunun ayrı yolu yoxdur. Əgər mənim maaşım, gəlir yerim yoxdursa, mən necə Londonda ev ala bilərəm? Heç Bakıda almaq olmur. İndi Sərdar Cəlaloğluna sual olunur, səndə bu pul haradandır?”.
Görünən isə budur ki, zaman-zaman pul və maliyyə məsələlərində üzə çıxan, ya da çıxarılan faktlar belə, sonadan bəzi müxalifət rəhbərlərinin susqunluqları ilə dvaam edir. Əslində, belə bir ittihamların səslənməsi cavablandırılmalıdır. Təəssüf ki, ASDP sədrinin ADP-sədrinə verdiyi bəlli suallar hazırda da cavabsız qalmaqda davam edir.

sia.az

Digər xəbərlər