Müxalifət

  • 23 346

“Milli Şura”-Qurban Məmmədov qarşıdurmasında yeni adlar, yeni faktlar SAVAŞ

image

Cəmil Həsənli: “Pənah Hüseyn baş nazir işləyəndə kabinetinin arxasında...”

“Milli Şura”nın sədri Cəmil Həsənli ilə İngiltərədə yaşayan hüquq müdafiəçisi Qurban Məmmədov arasında davam edən qarşıdurmada AXCP-Müsavat iqtidarı zamanı baş nazir vəzifəsində olan Pənah Hüseynin də adı hallanıb.
“Kabinetinin arxasındakı məxfi danışıqlar otağının açarını yalnız Qurbana vermişdi”
SİA xəbər verir ki, Facebook vasitəsilə özünə qarşı ünvanlanan ittihamlara cavab yazan Cəmil Həsənli Qurban Məmmədovun vaxtilə Pənah Hüseyn üçün kabinetində telefon danışıqlarına gizli qulaq asma aparatları quraşdırdığını iddia edib. "Bütün ömrü boyu bu adamın işi öz "dostlarının" (dırnaqlar onundur-red.) əleyhinə "kompromat" toplamaq olub”, qeyd edən “Milli Şura”nın sədri istehzalı şəkildə onu da yazıb ki, onun (Qurban Məmmədovun-red.) topladığı "kompromat" qovluqlarını üst-üstə yığsan boyundan çox-çox hündür olar.Maraqlı məqam isə budur ki, Cəmil Həsənli Qurban Məmmədovu ittiham edərkən, Pənah Hüseynin də “bostanına daş atmağı” unutmayıb. SİTAT: “Deməli, Pənah Hüseyn baş nazir işləyəndə kabinetinin arxasındakı məxfi danışıqlar otağının açarını yalnız Qurbana vermişdi. O da bu "etimadı" yüksək qiymətləndirərək Pənah bəyin məxfi danışıqlarını dinləmək üçün gətirib orada səsyazma aparatı quraşdırmışdı. İndi belə adamdan nə gözləyirsiniz? O, Qılınc Qurban olmaq iddiasında idi, amma təəssüf ki, gülünc Qurban oldu".
Gültəkin Hacıbəyli Cəmil Həsənlinin statusunu paylaşdı və...
Qeyd edək ki, Cəmil Həsənlinin bu statusunu “Milli Şura”nın koordinasiya şurasının üzvü, Qurban Məmmədova qarşı statuslar paylaşan Gültəkin Hacıbəyli də ictimailəşdirib. Belə ki, onun paylaşdığı yuxarıdakı statusa birmənalı münasibət göstərilməyib. Misal üüçün, sosial şəbəkə istifadəçisi Böyükağa Cəfərov yazıb ki, sabiq baş nazir bu ittihamları rədd edib: “Dünən canlı verlişdə Pənah bəy özü bu səs yazma aparatının quraşdırılmasına aydınlıq gətirdi və dedi ki hec vaxt elə bir şey olmayıb. Cox xahiş edirəm ki belə söhbətləri öz aranızda aydınlaşdırın”.
Facebook istifadəçisindən Gültəkin Hacıbəyliyə “İndi belə cıxır ki, Pənah bəy yalan danışır, eləmi? Şox xahiş edirəm, cavablandırın!”
Gültəkin Hacıbəyli isə buna cavab olaraq yazıb: “Böyükağa Cəfərov, Pənah bəy bu məsələni Cəmil müəllimə şəxsən özü danışıb. İndi qarşısındakını vəziyyətdən çıxarmaq istəyir nədənsə”.Böyükağa Cəfərov isə yenidən cavab yazaraq, müxalifətə inanan kəsimin çaş-baş qaldığını bildirib: “Gültəkin xanım vallah bir söz deyə bilmərəm. Amma belə söz söhbətlər insanları caş baş salır. Onu deyə bilərəm ki belə söhbətləri müxalifət nümayəndələri öz aralarında araşdırsalar daha yaxşı olar.Belə acıq ittihamlar olanda qurunun oduna yaş da yanır. Bilmək olmur kim düzgündür kim səhv”.Bu arada, AXP sədri Pənah Hüseynə yaxınlığı ilə seçilən digər sosial şəbəkə istifadəçisi Siyavuş Eyvazov Gültəkin Hacıbəylini ittiham edərək, sabiq baş nazirin bu məsələni inkar etməsinə baxmayaraq, onun yenə də öz iddiasında qalmasını qınayıb: “Salam Gültəkin xanım, indi belə cıxır ki, Pənah bəy yalan danışır, eləmi? Şox xahiş edirəm, cavablandırın!”.Beləliklə, 20 gündən artıqdır ki, davam edən bu savaş bir daha sübut edir ki, tərəflər arasındakı qarşıdurmalar “bu xəmirin hələ su aparacağından” xəbər verir.

sia.az

Digər xəbərlər