Müxalifət

  • 13 187

Əli Kərimlinin “dişi” Qurbana “bata” bilmədi TƏRS BAXIŞ

image

“Hüquq müdafiəçisi” hücumlarını davam etdirir

Artıq, bir aya yaxındır ki, hazırda İngiltərədə yaşayan “hüquq müdafiəçisi” Qurban Məmmədovla vaxtilə təmsil olunduğu “Milli Şura” arasında kəskin qarşıdurmalar tam sürətilə davam edir. Xüsusilə, Q.Məmmədovun bu və ya digər faktları ortaya çıxararaq, əsasən, AXCP və “Milli Şura” rəhbərliyində təmsil olunanları, o cümlədən, Müsavat, eləcə də digər ənənəvi müxalifət təşkilat rəhbərlərinə bir sıra həqiqətləri xatırlatması vəziyyətin gərgin qalmasına zəmin yaradır.
Vaxtilə Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsinin əsas baiskarı kimi Əli Kərimlinin olduğunu bəyan etmişdi
Bu arada, Q.Məmmədovun qardaşı, ADP-nin sədri Sərdar Cəlaloğlunun bir neçə il öncə qardaşının həbsi ilə bağlı olayı şərh edərkən, həmin həbsin əsas baiskarının AXCP sədri Əli Kərimlinin olduğunu deməsini də xatırlatmaq yerinə düşərdi. Daha dəqiq desək, Q.Məmmədov ölkədə olarkən, yəni “Milli Şura”nın koordinasiya şurasında təmsil olunarkən, onun radikal çıxışları həbsi ilə nəticələndi. Məhz həmin ərəfədə S.Cəlaloğlu qardaşının həbs olunmasında günahkarın AXCP sədri olduğunu açıq-aydın bildirmişdi. O cümlədən, bunu belə əsaslandırmışdı ki, Ə.Kərimli hakimiyyətlə siyasi mübarizədə normal müxalifətçilik etmir və düşmənçilik mövqeyi sərgiləyir. Onun düşmənçilik etməsi isə ətrafındakı adamların həbs olunmaları ilə nəticəsini tapır.Əslində, ADP sədrinin AXCP sədrini ittiham etməsi əsasındakı ittihamlarında həqiqətin olduğunu deyə bilərik. Daha doğrusu, hakimiyyətə qarşı siyasi mübarizənin çərçivədən çıxaraq, dövlət maraqları əleyhinə yönəlməsi bütün qanuniliklər həddini aşır. Belə olan halda, AXCP-“Milli Şura” cütlüyünün siyasi eyforiyasına qapılan Q.Məmmədov nəticədə radikalizmin qurbanına çevrilmişdi.
Əli Kərimlinin trolları hələ ki, iş başındadır
Məhz bu kimi hadisələrdən sonra radikal müxalifət “liderləninin” iç üzlərini açan “hüquq müdafiəçisi” bəlli olduğu kimi ardıcıl hücumlara məruz qalmaqda davam edir. Sosial şəbəkələrdə ona qarşı öz trolları vasitəsi ilə söyüş kampaniyası başladan Ə.Kərimli görünür, hələ bu prosesi davam etdirmək fikrindən geri çəkilmək düşüncəsində deyil. Ancaq hələlik görünən budur ki, onun “dişi” Q.Məmmədova “batmır”.
Onu da qeyd edək ki, Q.Məmmədov demək olar ki, hər gün özünə məxsus “Azerifreedom” internet tv-si üzərindən canlı bağlantılara qoşulur, qarşı tərəfin hücumlarına qarşı öz müdafiə sistemini qurur. Bu isə, bütün mənalarda həmin savaşın davamlı xarakterdə qalacağı siqnallarını verir.
Hələlik isə, Q.Məmmədovun “dişi” başda Ə.Kərimli olmaqla, “Milli Şura”ya batır, özü də dərinə işləyir...
Maraqlı məqamlardan biri də ABŞ-da, Avropa ölkələrində oturub, “siyasi mübarizə” apardıqlarını iddia edənlər – məsələn, Sevinc Osmanqızı, Tural Sadıqlı, Orduxan Temurxan, Sıid Nuri, Namiq Feyziyev və başqaları Q.Məmmədovla savaşda elə də ciddi uğurlar əldə edə bilmirlər. Əksinə, “hüquq müdafiəçisinin” ittihamları daha çox arqumentlərə əsaslanır. Çünki onun bu günə qədər səsləndirdiyi bütün iddiaları cavabsız qalıb və yalnız söyüşlərlə, təhqirlərlə müşahidə olunub. Buna isə cavab deyil, sadəcə, ictimai rəyi həqiqətdən yayındırmaq deyilə bilər.Belə olan vəziyyətdə, sözügedən savaşın daha da dərinləşəcəyini bəri başdan proqnozlaşdıra biləcəyik. Hələlik isə, Q.Məmmədovun “dişi” başda Ə.Kərimli olmaqla, “Milli Şura”ya batır, özü də dərinə işləyir...

sia.az

Digər xəbərlər