Müxalifət

  • 10 495

Ziya(n)lılar danışdı... TƏRS BAXIŞ + AKTUAL

image

Yaxud, simasızlarda utanan sifət olmur!

Bir müddət idi ki, səsləri-soraqları gəlməyən Əkrəm Əylisli ilə Rüstəm İbrahmbəyovun yenidən səsləri çıxmağa başlayıb - bu dəfə bloqer Mehman Hüseynovla bağlı...Əslində bu səslərin onların haralarından və nə cür çıxması kimsəni maraqlandırmır, çünki maraqsızdır. Ancaq məsələ ondadır ki, sağlam düşüncəli ictimai rəyin bu iki ermənisevərləri rədd etməsinə, qəbul etməməsinə baxmayaraq, onlar hələ də özlərini bu xalqın “ziyalısı” hesab edərək, təskinlik axtarırlar. Halbuki, istər Əkrəm Əyislinin, istərsə də Rüstəm İbrahimbəyovun aşkar ermənipərəstlikləri onların öz dilləri ilə, “yaradıcılıqlarında” kifayət qədər əksini tapıb. Yəni bu gün “Daş yuxular”la “Qafqaz üçlüyü”nü yan-yana qoysaq, biz burada Azərbaycan xalqının, mənəviyyatının, milli heysiyyatının nə qədər alçaldığını, təhqir olunduğunu bir daha görmüş olarıq. Bu barədə çox danışılıb, çox yazılıb, ona görə də bu qondarma “əsərlər”ə yenidən vaxt ayırmağa ehtiyac da yoxdur...
Rüstəm İbrahimbəyovun növbəti böyük qələti
Mətləb isə budur ki, özlərini “ziyalı” hesab edən bu ziya(N)lılar daxillərindəki ermənisevərlik sevdasının ölmədiyini, əslində cücərərək inkişaf etdiyini məhz M.Hüseynovun saxta aclıq aksiyası üzərində növbəti dəfə sübuta yetiriblər.Baxın, qoca professor R.İbrahimbəyov dövlət başçısına M.Hüseynovla bağlı müraciət etmək qədər qələtə yol verib. Ona görə qələtə yol verib ki, onun bütün olanlardan sonra buna mənəvi haqqı (baxmayaraq ki, mənəviyyatı mövcud deyil-R.R.) yoxdur!Özü də İbrahimbəyovun həmin “müraciətini” görün kim, hansı sayt yayıb – Mehman Əliyevin “Turan” informasiya agentliyi...Əslində, burada təəccüblü heç nə yoxdur. Hər ikisi də “Milli Şura”nın təmsilçiləridirlər və M.Əliyev bir neçə gün öncə ağzına çullu dovşan yerləşməyə-yerləşməyə vaxtilə İbrahimbəyovun Putinə Rusiya vətəndaşlığından çıxması üçün rus dilində məktub yazdığını, bundan “fəxr hissi” keçirdiyini demişdi. Yəni ikisi də bir bezin qıraqlarıdır. Nə isə...
Hansı keçmişinizi nəzərdə tutursunuz? Ermənilərin sizləri milli qəhrəman elan etmələrinimi?
Demək, qoca professor aşkar erməni həyasızlığı və “əzabkeşliyi” cildinə girib, guya ki, M.Hüseynovun “vicdanlı”, “düzgün”, “ləyaqətli”, olduğunu iddia edir, guya onun “ölümə sürükləndiyini” bildirir. Üstəlik (!) bu məsələyə erməni qardaşlığı Əkrəm Əylislini də qatır. Yəni, Əylislini bu milləti təhqir etməsinə görə qınaq hədəfinə gətirən xalqı və dövləti simasızcasına günahkar çıxarmağa çalışır və bunu gətirib-bağlayır M.Hüseynovun “aclıq aksiyasına” (?!-R.R.) Demə ki, Ə.Əylisliyə xalqımızın, millətimizin heysiyyatına toxunmasına görə cinayət işi qaldırılıbsa, bunların keçmişləri ilə “haqq-hesab” çəkilirmiş. Maraqlıdır, hansı keçmişinizi nəzərdə tutursunuz? Ermənilərin sizləri milli qəhrəman elan etmələrinimi? Demək, sənin kimi “elitar”, xalq arasında ayr-seçkilik salan, milləti “şəhərliyə-kəndliyə” bölən qoca çaqqal durub Azərbaycan xalqına dil uzadasan, Bakını ermənilərsiz darıxdırıcı olduğunu deyəsən, sonra da şərəfsizcəsinə iddia edəsən ki, sənin keçmişinlə “haqq-hesab” çəkilir-filan...
Bu yola el arasında AXRINCI YOL da deyirlər...
Bəli, sənin və Ə. Əylisli kimi mənfur, idbar, iyrən xislətli ermənipərəstlərlə haqq-hesab çəkməyin tam zamanıdır, R.İbrahimbəyov! Necə deyərlər, “malı-mala” qatıb, M.Hüseynovun saxta “aclıq aksiyası” üzərindən yenidən bu xalqın üzərinə ulama, yoxsa bu dəfə daha kəskin hədəfə gəlmək ehtimalın böyüyər!Kimlərinsə siyasi sifarişlərinə qulbeçəlik etməklə, bu oyunun da keççməyəcək, dəyərsiz “ziya(N)lı”! Bu gün M.Hüseynovdan fərqli olaraq, Azərbaycan gəncliyi öz inkişaf yolunu tutub və millətini, dövlətini, xalqını sevir, ona xidmət edir. M.Hüseynovun Avropadakı qardaşı Emin Hüseynov isə Xocalı soyqırımını, Xocalı şəhidlərini ələ salır, bu barədə nəyə görə danışmadığı soruşulduqda, həmin suallara istehza edir, çəpik çalıb, “indi ağlayacam” (???!!!-R.R.) deyə şəbeh verir. Budurmu sənin gördüyün Azərbaycan gəncliyi?! Əgər budursa, yenə də yanılırsan İbrahimbəyov, çünki həqiqi Azərbaycan gəncliyi heç vaxt belə bir şərəfsiz addımlara getməz. Sən və sənin kimiləri isə yaşından asılı olmayaraq, gedirsiniz bu yolu, Bu yola həm də AXRINCI YOL da deyirlər el arasında...
Mehman Hüseynov azadlıqda olsaydı düz ağzının altında video-bloqerlik edib, adını da “korrupsioner məmur” qoyardı
Hələ utanmaz-utanmaz M.Hüseynovu “korrupsiya ilə mübarizə aparan” kimi təqdim edirsən. Əcəba, bəs sənin “Sirius” adı altında fəaliyyət göstərmiş teatrında, Kinomatoqrafçılar İttifaqına sədrlik etdiyin vaxtlarda oğurladığın pulları necə adlandıraq? Dağüstü parkda qanunsuz zəbt etdiyin torpaqlar barədə üzə çıxmış faktları haraya yazaq? Məgər bütün bunlar və s. əməlləriin korrupsiya deyildi bəs nə idi? İnan ki, R.İbrahimbəyov, əgər sən mövqeyini dərin bucaq altında dəyişməsəydin, M.Hüseynov da azadlıqda olsaydı, o gəlib sənin düz ağzının altında video-bloqerlik edib, adını “korrupsioner məmur” qoyardı, buna şübhən olmasın. İndi durub burada hər hansı bir “hümanizm çağırışı” etməyin ələklə su daşımağa bənzəyir. Bədəninin bütün deşiklərindən sular fışqırır...
Əkrəm Əylisli, sənin o saxta əsərində təhqir elədiyin millət əsrlər boyu erməni zülmünə məruz qalanda niyə yazmırdın bunları?
Məsələ həm də ondadır ki, vaxtilə qulqalı papağını qulaqlarının üstünə basıb şəhərdə qorxa-qorxa gəzən Əkrəm Əylislinin də haça dili uzanıb və o da demək olar ki, R.İbrahimbəyovla M.Hüseynov məsələsində eyni mövqedən çıxış edib. İnsanda ləyaqət, mənəviyyat və ən əsası, sifət yaxşı şeydir. Ə.Əylislidə isə bunların heç biri yoxdur. Ona görə də erməni həyasızlığı sindromu, yaxud anti-millilik şakəri onu yenidən qaşındırmağa başlayıb. Şeytan TV kimi tanınan “meydan tv”yə müsahibə verən bu alçaq və rəzil ermənipərəts iddia edir ki, demə, M.Hüseynova “zülm” verilirmiş və s. Yaxşı, ay erməni kaftarı, sən “Daş yuxuları”nda nəinki 1988-ci ildən, hətta əsrlər boyu erməni zülmünə məruz qalmış Azərbaycan xalqını təhqir edir, heysiyyatına toxunursansa, bununla millətimə həqarət zülmünü yaşatmırsanmı? Axı, M.Hüseynov birdən—birə nə məttah gəda oldu ki, ona görə daxilindəki mikrobları, çirkabları tökürsən bu xalqın, dövlətin, millətin üstünə?! Əkrəm Əylisli, sənin o saxta əsərində təhqir elədiyin millət əsrlər boyu erməni zülmünə məruz qalanda niyə yazmırdın bunları? İndi bəs nə oldu? Bəlkə bunları açıqlayasan, Şeytan TV-yə təqdim etdiyin siyasi goreşənliklərinin yerinə ay səviyyəsiz kaftar..?Sənsənmi “ziyalı” ki, utanmz-utanmaz “Azərbaycanda ziyalı yoxdur” deyib R.İbrahimbəyovla bir yerdə ulaşırsan? Bu gün Azərbaycan ziyalısı sizin kimi satqın və xainlərdən fərqli olaraq, bu xalqa, bu dövlətə, onun milli maraqlarına xidmət edirlər və sizin kimilərdən qat-qat, milyonlarla fərq ilə üstün, işıqlı və aydındırlar. Sizlər isə üfunət iyi verən murdarlar toplumunun bir hissələrisiniz, sizlər danışdıqca, hürdükcə, uladıqca, nə qədər ziya(N)lı olduğunuz daha aşkar görünməyə başlayır. Əslində, utanın, deyərdim, amma demirəm, çünki simasızlarda utanan sifət olmur!

sia.az

Digər xəbərlər