Müxalifət

  • 10 572

“Milli Şuranın məqsədi Avropadakı dostlarından qrant almaqdır" MÖVQE-ÖZƏL

image

“Mitinqi təşkil edənlər yaxın keçmişə nəzər salmalıdırlar. Çünki onlar 1990-cı illərdə də keçirdiyi mitinqlər vasitəsilə, dövlətin xalqın başına oyunlar, müsibətlər gətirdilər. Ölkəmizi ağır vəziyyətlərə düçar etdilər, vətəndaş müharibəsinə qədər gətirib çıxardılar. O dövrdə həyata keçirilən müsibətlər illərlə aradan qaldırıldı. İndi yenə iştaha düşüblər? Azərbaycan xalqı müxalifətin törətdiyi özbaşınalığın əziyyətini ilə öncə çəkib və bu gün onlara nə inanır nə də arxaları ilə gedir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Azərbaycan Konstitusiyasında, qanunlarda müxalifətin mövcud olması, fəaliyyət göstərməsinin qadağan olunmadığını deyən deputat söyləyib ki, kimliyindən asılı olmayaraq istənilən şəxs fəaliyyətini qanunauyğun şəkildə həyata keçirməlidir: “İstənilən dövlətdə müxalifətin olması, qəbul olunandır. Azərbaycan da belə dövlətlərdən biridir. Azərbaycan iqtidarı heç zaman müxalifətə qarşı etirazını, narazılığını bildirmir. Ölkəmizdə siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərir, bunların sayı da çoxdur. Azərbaycanda ölkəmizi tənqid edən Avropa dövlətlərindən çox müxalif siyasi qurumlar fəaliyyət göstərir. Lakin ölkəmizdə kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında eyni öhdəliyə malikdir. Hər kəs qanunvericiliyə əməl etməli, qanunu pozmamalıdır. Əks halda, cavab verməlidir”.Milli Şuranın ötən gün qarşıdurma yaratmaq cəhdinə toxunan E. Məmmədov qeyd edib ki, burada məqsəd şəkillər çəkdirib qrant almaq üçün Avropadakı dostlara göndərmək idi: “ Amma onların istəyi alınmadı. Çünki, ölkəmizdə qanun keşikçiləri var və əqidəsindən, vəzifəsindən, kimliyindən asılı qanuna əməl etməyənlərə qarşı sərt tədbirlər görülür”.Deputat vurğulayıb ki, Milli Şura belə hərəkətlər ilə xaricdəki dostlarının xoşuna gəlib qrantlar almaqla Azərbaycan dövlətçiliyinə qarşı heç bir fəaliyyət həyata keçirə bilməyəcək: “Onlar xaricdən alınan sifariş əsasında Azərbaycanda dövlətçiliyə qarşı çıxmaq, çevrilişə cəhd etmək, təxribat törətmək istəyirlər. Lakin onlar istəklərinə nail ola bilməyəcəklər. Çünki, Azərbaycan möhkəm daxili sabitliyə, stabilliyə malik bir dövlətdir. Ölkəmizin nüfuzu gündən-günə artır və dövlətçiliyimizi yüksək səviyyədə qorunur”.

sia.az

Digər xəbərlər